Qısa cavab:
Quranı-kərimdə müxtəlif ayələr var ki, onları bəzisinin zahiri mənası Bərzəx aləmini sübut edir. Bəzisi isə aydın şəkildə Bərzəx aləmindən söz açır. “Muminun” surəsinin 100-cü ayəsində oxuyuruq:
"Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır." Digər ayədə deyilir:
"Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbləri yanında ruzi verilir."
Ətraflı cavab:
“Bərzəx” sözü əslində iki əşya arasında olan sədd və maneəyə deyilir. Sonradan iki şey arasında olan hər şeyə “bərzəx” deyilməyə başladı. Bu cəhətdən dünya və axirət aləmi arasında olan aləmə "Bərzəx" deyilir.
Bərzəx aləmini bəzən “qəbir aləmi” və bəzən də “ruhlar aləmi” adlandırırlar. Belə bir aləmin varlığını nəqli dəlillərlə sübut etmək olar. Quranı-kərimdə müxtəlif ayələr var ki, onları bəzisinin zahiri mənası Bərzəx aləmini sübut edir. Bəzisi isə aydın şəkildə Bərzəx aləmindən söz açır.
“Muminun” surəsinin 100-cü ayəsində oxuyuruq:
وَ مِنْ وَرائِهِمْ بَرْزَخٌ اِلى یَوْمِ یُبْعَثُونَ
"Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır."
Ayənin zahiri mənası belə bir aləmin varlığından xəbər verir. Buna baxmayaraq bəzi alimlər ayədəki “bərzəx” sözünü bu dünyaya qayıtmaqdan saxlayan bir maneə kimi izah etməyə çalışaraq demişlər: "Ayə demək istəyir ki, insanların arxasında maneə var və bu maneə onları bu dünyaya qayıtmaqdan saxlayır."
Lakin bu təfsir o qədər də doğru nəzərə çarpmır. Çünki “(qəbirlərindən) qaldırılacaqları günə qədər” ifadəsi bu bərzəxin insan ilə dünyanın deyil, dünya ilə axirətin arasında olduğunu göstərir.
Belə bir aləmin varlığını aydın şəkildə sübut edən ayələrdən biri də şəhidlərin həyatlarına aid ayələrdir. Məsələn:
وَ لا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللّهِ اَمْواتاً بَلْ اَحْیاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ
"Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbləri yanında ruzi verilir." (1)
Yuxarıdakı ayədə Peyğəmbərə xitab olunur, lakin “Bəqərə” surəsinin 154-cü ayəsində isə bütün möminlərə xitab olunur:
وَ لا تَقُولُوا لِمَنْ یُقْتَلُ فِی سَبِیلِ اللّهِ اَمْواتٌ بَلْ اَحْیاءٌ وَ لکِنْ لا تَشْعُرُونَ
"Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə onlar diridirlər və lakin (bunu) siz dərk etmirsiniz."
Bərzəx dünyası yalnız şəhidlər kimi ali-məqamlı möminlər üçün deyildir. Firon və silahdaşları kimi tüğyan edən kafirlər haqqında da bərzəxin varlığı “Mömin” surəsinin 46-cı ayəsində birmənalı şəkildə verilmişdir:
النّارُ یُعْرَضُونَ عَلَیْها غُدُوّاً وَ عَشِیّاً وَ یَوْمَ تَقُومُ السّاعَهُ اَدْخِلُوا آلَ فِرْعَوْنَ اَشَدَّ الْعَذابِ
Şərh qeydə alınmayıb