Qısa cavab:
Müxtəlif hədislərdə də insanların üç qismə bölündüyünün şahidi oluruq: Onlar xalis möminlər, xalis kafirlər, orta səviyyəli adamlar və zəiflərdirlər.
Bərzəx aləmi birinci və ikinci qruplar üçündür. Üçüncü qrup isə xəbərsiz bir halətdə Bərzəx aləmini qət edəcəklər.
Ətraflı cavab:
Bəzi Quran ayələrindən belə başa düşülür ki, insanlardan bir qrupu Bərzəx aləmini yaşamayacaqlar. Belə ki, “Rum” surəsinin 55 və 56-cı ayələrində deyilir:
"Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, bircə saatdan artıq Bərzəx aləmində olmamışlar. Lakin elm və iman verilmiş kəslər onlara deyərlər: “Siz, şübhəsiz, Allahın fərmanı ilə Qiyamətə kimi uzun müddət orada qaldınız. İndi isə Qiyamət günüdür."
Müxtəlif hədislərdə də insanların üç qismə bölündüyünün şahidi oluruq: Onlar xalis möminlər, xalis kafirlər, orta səviyyəli adamlar və zəiflərdirlər.
Bərzəx aləmi birinci və ikinci qruplar üçündür. Üçüncü qrup isə xəbərsiz bir halətdə Bərzəx aləmini qət edəcəklər. (1)
Şərh qeydə alınmayıb