Qısa cavab:
Rəvayətə görə ölüm mələyi mömin bir insanın ruhunu almaq üçün gəldikdə, o, narahatçılıq göstərərsə, ölüm mələyi deyər: “Ey Allahın dostu, narahat olma! And olsun Məhəmmədi peyğəmbərliyə göndərən Allaha, mən sənə atadan mehribanam. Gözlərini yaxşı aç və gör.”
Ətraflı cavab:
Bu suala cavab vermək üçün “Kafi” kitabında İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisə işarə etmək yaxşı olar. Hədisdə yazılır:
İmam Sadiqin (əleyhis-salam) səhabələrindən biri soruşdu:
− Mömin bir insan canının alındığına görə narahat ola bilərmi?
İmam belə buyurdu:
− Əsla! And olsun Allaha, ölüm mələyi onun ruhunu almaq üçün gəldikdə, o, narahatçılıq göstərərsə, ölüm mələyi deyər: “Ey Allahın dostu, narahat olma! And olsun Məhəmmədi peyğəmbərliyə göndərən Allaha, mən sənə atadan mehribanam. Gözlərini yaxşı aç və gör.”
O, gözlərini açıb baxar. Allahın rəsulunu (sallallahu əleyhi və alih), Əmirəl-möminini (əleyhis-salam), Fatiməni (əleyha salam), Həsəni (əleyhis-salam) və Hüseyni (əleyhis-salam) və onun nəslindən olan imamları görər.
Mələk ona deyər: “Bax, Allahın rəsulu, Əmirəl-möminin, Fatimə, Həsən, Hüseyn və imamlar (əleyhimus-salam) sənin dostlarındır. Qəflətən carçı uca Allahın tərətindən nida edər:
یا اَیَّتُهَا النَّفْسُ الْمُطْمئِنَّه
Şərh qeydə alınmayıb