Qısa cavab:
"Siddiq" bütün vücudunu başdan-ayağa düzlük bürümüş, fikrində, danışığında, əməllərində və bütün həyatında sədaqət öz əksini tapmış insana deyilir. Bu, sidq məqamının əhəmiyyətini göstərir.
“Şühəda” (şəhidlər) sözü isə bəzən əməllərin şahidləri mənasında, bəzən isə Allah yolunda şəhid olanlar mənasında işlənir.
Ətraflı cavab:
Qurani-kərimdə böyük peyğəmbərlər və onlara bənzər insanlar “Siddiq” adı ilə vəsf olunmuşdur. O cümlədən, İbrahim (əleyhis-salam) bu ada layiq görülmüşdür:
اِنَّهُ کانَ صِدِّیقاً نَبِیّاً
"O çox doğru danışan və peyğəmbər idi." (1)
Allahın böyük peyğəmbəri İdris (əleyhis-salam) haqqında da eyni ifadəni görmək olar. (2) Həzrət İsa Məsihin anası Məryəm haqqında da oxuyuruq:
وَ اُمُّهُ صِدِّیقَهٌ
"Onun anası çox doğruçu bir qadın olub." (3)
Bəzi Quran ayələrində siddiqlərin adları peyğəmbərlərlə eyni sırada çəkilir. Məsələn, “Nisa” surəsinin 69-cu ayəsində oxuyuruq:
فَاُولئِکَ مَعَ الَّذِینَ اَنْعَمَ اللّهُ عَلَیْهِمْ مِنَ النَّبِیِّینَ وَ الصِّدِّیقِینَ وَ الشُّهَداءِ وَ الصّالِحِیْنَ وَ حَسُنَ اُولئِکَ رَفِیقاً
"Allaha və Onun peyğəmbərinə itaət edənlər (Qiyamət günü) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğrucullar, şəhidlər və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır."
Bu söz “sidq” sözünün mübaliğə (çoxluq) formasıdır. "Siddiq" bütün vücudunu başdan-ayağa düzlük bürümüş, fikrində, danışığında, əməllərində və bütün həyatında sədaqət öz əksini tapmış insana deyilir. Bu, sidq məqamının əhəmiyyətini göstərir.
“Şühəda” (şəhidlər) sözü isə bəzən əməllərin şahidləri mənasında, bəzən isə Allah yolunda şəhid olanlar mənasında işlənir.
Bildiyimiz kimi, “şəhid” termini İslam təlimlərində cihad meydanında öldürülən insanlara məxsus deyil. Cihad meydanında öldürülənlər bu sözün ən aydın nümunəsidirlər. İslam hədislərinə görə haqq əqidəyə malik olan, haqq yolunda addım atan və həmin yolda dünyadan gedən bütün insanlar şəhidlərin sırasıdadırlar.
Hədislərin birində İmam Baqirdən (əleyhis-salam) belə nəql olunur: “Sizlərdən "vilayət" məsələsi ilə tanış olan, Məhdinin (əleyhis-salam) zühurunun intizarı ilə yaşayan və özünü (onların ədalətli dünya hökumətinə) hazırlayan kəs, Ali-Məhəmmədin (sallallahu əleyhi və alih) Məhdisi ilə birlikdə qılınc çəkib döyüşən kəs kimidir.”
Daha sonra buyurdu: “Allaha and olsun, hətta Allahın rəsulu (sallallahu əleyhi və alih) ilə öz qılıncını sıyırıb cihad etmiş çəxs kimidir.”
Sonra üçüncü dəfə buyurdu: “Allaha and olsun, Allahın rəsulu ilə (sallallahu əleyhi və alih) onun çadırında şəhid olmuş insan kimidir.”
Sonra əlavə etdi: “Sizin barənizdə Quranda ayə nazil olmuşdur.”
Ravi nəql edir ki, soruşdum: "Hansı ayə, sizə fəda olum?"
Buyurdu: "Allah-taala buyurur: “Allaha və Onun peyğəmbərinə iman gətirənlər, doğrucullar, şəhidlər pərvərdigarlarının yanındadırlar...”
Sözümüzü Əmirəl-möminin Əlidən (əleyhis-salam) nəql olunan bir hədislə başa çatdırırıq:
Həzrətin silahdaşlarından bir dəstəsi cihad və Allah yolunda şəhadət vaxtının tez yetişməsi üçün səbirsizlik etdikdə, onlara belə dedi:
وَ لاتَسْتَعْجِلُوا بِمَا لَمْ یُعَجِّلْهُ اللَّهُ لَکُمْ فَاِنَّهُ مَنْ مَاتَ مِنْکُمْ عَلَى فِرَاشِهِ وَ هُوَ عَلَى مَعْرِفَهِ حَقِّ رَبِّهِ وَ حَقِّ رَسُولِهِ وَ اَهْلِ بَیْتِهِ مَاتَ شَهِیداً
Şərh qeydə alınmayıb