Qısa cavab:
Onlar bu üç bəhanədən istifadə edirlər:
1. Torpağa çevrildikdən sonra yenidən həyata qayıtmaq inandırıcı deyil. Çünki torpaq həyat mənbəyi ola bilməz.
2. Bu əqidə köhnədir və heç bir yeniliyi yoxdur
3. Axirəti rədd edənlərə əzab nazil olmur. Axirəti inkar edənlər bu dünyada əzaba düçar olmalıdırlarsa, nə üçün bu əzab onların yaxasını tutmur?
Ətraflı cavab:
Axirəti inkar edənlər axirət dünyasına iman bəsləmək və bu imandan irəli gələn məsuliyyətlərdən boyun qaçırmaq üçün üç yoldan istifadə edirlər:
1. Torpağa çevrildikdən sonra yenidən həyata qayıtmağı inandırıcı saymırlar. Çünki onlara görə torpaq həyat mənbəyi ola bilməz.
2. Bu əqidənin köhnəliyi və heç bir yeniliyi olmaması.
3. Axirəti rədd edənlərə əzab nazil olmur. Axirəti inkar edənlər bu dünyada əzaba düçar olmalıdırlarsa, nə üçün bu əzab onların yaxasını tutmur?
Quran birinci və ikinci sualların cavabını aydın olduğuna görə cavabsız qoyur. Çünki biz daim öz gözlərimizlə müşahidə edirik ki, torpaq həyat mənbəyidir. Biz özümüz əvvəllər torpaq idik və sonra canlı varlıq şəklinə düşdük. Həmçinin bir şeyin qədimi olması onun əhəmiyyətindən əsla azaltmır. Çünki bu aləmin əsas qanunları əzəldən sona qədər sabit və dəyişməzdir. Fəlsəfədə, riyaziyyatda və digər elmlərdə dəyişməz qanunlara çox rast gəlmək olar. “Əkslərin bir yerə toplanmasının qeyri-mümkünlüyü” qanununun, habelə Pifaqorun vurma cədvəlinin qədimliyi onun zəifliyinə əsas ola bilərmi?
Yaxud ədalətin yaxşı, zülmün pis olduğunu və gələcəkdə də, belə olacağını görürüksə, bu, onların yanlışlığına əsas verirmi? Əksinə çox hallarda bir şeyin qədimliyi onun əsaslığına dəlildir.
Üçüncü sualın isə cavabında buyurur: “Əzabın yetişməsinə tələsməyin. Bu, Allahın lütfüdür ki, sizə möhlət verir və dərhal cəzanızı vermir, lakin ayıq olun! İlahi əzab gec gəlsə də gələcəkdir.” (1)
Şərh qeydə alınmayıb