Qısa cavab:
Quran ayəsində oxuyuruq: “Bizim aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların “əgər doğru deyirsinizsə, bizim atalarımızı dirildib gətirin ki, sizin dediklərinizi təsdiq etsinlər” deməkdən başqa bir dəlilləri yoxdur."
Ətraflı cavab:
“Casiyə” surəsinin 25-ci ayəsində axirəti inkar edənlərin bəhanəsi ilə tanış olmaq olar. Allah-taala buyurur:
وَ اِذا تُتْلى عَلَیْهِمْ آیاتُنا بَیِّنات مَا کانَ حُجَّتَهُمْ الاّ اَنْ قالُوا ائْتُوا بِآبائِنا اِنْ کُنْتُمْ صادِقینَ
"Bizim aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların “əgər doğru deyirsinizsə, bizim atalarımızı dirildib gətirin ki, sizin dediklərinizi təsdiq etsinlər” deməkdən başqa bir dəlilləri yoxdur."
Onlar tələb edirdilər ki, ölülərin dirilməsi haqdırsa, nümunə üçün babalarımızdan birini dirildin ki, biz də görüb inanaq və ondan ölümdən sonra nə baş verdiyini soruşaq və sizin sözünüzü təsdiq edək.
Bəli, bu onların yeganə dəlilləri idi. Süst və puç. Çünki Allah-taala ölüləri diriltmək üçün olan qüdrətini müxtəlif yollarla insanlara nümayiş etdirmişdi. Quran ayələrində axirətin mümkünlüyü barədə canlı şahid kimi qeyd olunan hadisələr, o cümlədən insanın torpaqdan ilk dəfə yaranması, nütfənin ana bətnində inkişafı, ucsuz-bucaqsız göylərin və Yerin yaranışı, yağış yağandan sonra ölü torpağın dirilməsi buna ən yaxşı dəlildir. Belə olduqda bu haqda başqa bir dəlilə nə ehtiyac var? (1)
Şərh qeydə alınmayıb