Qısa cavab:
Bütpərəstlərin bir qrupu nə Allahı qəbul edir, nə də axirətə etiqad bəsləyirdilər. Quran onların dilindən belə nəql edir:
“Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; bir dəstə ölür, bir dəstə onların yerini tutur və bizi yalnız təbiət qanunu öldürür." Onların bir qrupu isə Allahı qəbul edirdilər və bütləri onun dərgahında şəfaətçilər sanırdılar. Bütün bunlarla məadı inkar edirdilər. Xüsusilə, onların “Hamə” adlı quşlara olan etiqadı çox məşhurdur. Ərəb əfsanələrinə görə, ərəblər arasında bir çox insanlar inanırdılar ki, insan ruhu bir quşdur və onun bədənində yayılmışdır. İnsan dünyadan gedəndə və yaxud öldürüləndə ruh onun cismindən ayrılaraq cəsədinin ətrafına dəhşətli şəkildə təvaf edir (fırlanır) və onun qəbrinin yanında nalə çəkir.
Ətraflı cavab:
Müşriklər (bütpərəstlər), ələlxüsus ərəb müşrikləri əqidə məsələsində vahid əqidəyə malik deyildilər. Onlar bütpərəstliyin əsaslarında müştərək mövqedən çıxış etsələr də, etiqadları müxtəlif cəhətlərdən fərqlənirdi:
Onların bir qrupu nə Allahı qəbul edir, nə də axirətə etiqad bəsləyirdilər. Quran onların dilindən belə nəql edir:
ما هِیَ اِلاّ حَیاتُنَا الدُّنْیا نَمُوتُ وَ نَحْیا وَ ما یُهْلِکُنا اِلاَّ الدَّهْرُ
“Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; bir dəstə ölür, bir dəstə onların yerini tutur və bizi yalnız təbiət qanunu öldürür."(1)
Bir qrupu isə Allahı qəbul edirdilər və bütləri onun dərgahında şəfaətçilər sanırdılar. Bütün bunlarla məadı inkar edirdilər. Onlar belə deyirdilər:
مَنْ یُحْىِ الْعِظامَ وَ هِىَ رَمِیمٌ
“Bu sümükləri çürüyüb toz-torpağa döndükləri halda kim dirildəcək?” (2)
Onlar öz bütləri üçün həcc yerinə yetirir, onlar üçün qurban kəsir və halal-harama etiqad bəsləyirdilər. Ərəb müşriklərinin əksəriyyəti bu qəbildən idi.
Lakin əlimizdə olan müxtəlif tarixi faktlar göstərir ki, onlar müəyyən formada ruhun yaşamasına (qalmasına) inanırdılar. Bu inanc “tənasüx” − ruhların bir bədəndən yeni bədənə keçməsi şəklində və digər formalarda ola bilərdi.
Xüsusilə, onların “Hamə” adlı quşlara olan etiqadı çox məşhurdur. Ərəb əfsanələrinə görə, ərəblər arasında bir çox insanlar inanırdılar ki, insan ruhu bir quşdur və onun bədənində yayılmışdır. İnsan dünyadan gedəndə və yaxud öldürüləndə ruh onun cismindən ayrılaraq cəsədinin ətrafına dəhşətli şəkildə təvaf edir (fırlanır) və onun qəbrinin yanında nalə çəkir. Onların etiqadına görə, bu quş əvvəlcə kiçik olur, sonra böyüyərək bayquş böyüklüyündə olur. O daim vahimə içində yaşayır. Məskəni boş evlər, viran olmuş yerlər, qəbirlər və ölülərin yanıdır.
Həmçinin onlar inanırdılar ki, “Hamə” öldürülən şəxsin qəbri üzərində nələ çəkib deyir:
اسْقُونِى فَاِنِّى صَدْیَهٌ
"Mənə su verin, çox susuzam!" (3)
İslam dini bütün bu xurafatın üzərindən xətt çəkdi. Belə ki, Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan məşhur hədisdə deyilir: "Hamə yalandır!"
Qısa sözlə desək, onların məada və insanın ölümdən sonra yenidən həyata qayıdacağına etiqadları olmasa da, müəyyən şəkildə “tənasuxə” və ruhun qalmasına inamları vardır.
Lakin Quranda deyilənlərə əsasən, cismani-məadda insanın torpağının yenidən bir yerə yığılacağını, yeni həyata qayıdacağını, ruhun və bədənin hər ikisinin müştərək məadı (axirəti) olacağını tam şəkildə inkar edirdilər. İnkar etməkdən əlavə, ondan qorxurdular. Quran müxtəlif bəyan tərzləri ilə bunu onlara izah edərək sübut edirdi. (4)
Şərh qeydə alınmayıb