Qısa cavab:
İnsanın yarıdılışının hədəfi yəni təkamülün gerçəkləşməsi üçün dünyadan sonra digər bir dünya olmalı, insanın təkamülü orada davam etməli, bu əkinin məhsulu orada yığılmalı və hətta digər dünyada da bu hərəkət davam etməlidir ki, əsas hədəf təmin olunsun.
Ətraflı cavab:
Maddi dünya görüşü olanların əksinə olaraq, ilahi dünya görüşündə insan hədəflə yaradılmışdır ki, fəlsəfi dildə ona təkamül deyilir. Quran və hədis dilində isə ona bəzən “Allaha yaxınlaşmaq” və yaxud “ibadət və bəndəlik” kimi adlar verilir. Ayədə buyurur:
وَ ما خَلَقْتُ الْجِنَّ وَ الانْسَ اِلاّ لِیَعْبُدُونَ
“Mən cinləri və insanı yalnız mənə ibadət etmək üçün yaratdım. (Onlar ibadət və bəndəçiliyin sayəsində kamil ola və mənim “yaxın” dərgahıma qədəm qoya bilərlər.)”
Doğrudan, ölüm hər şeyin sonu olsa, bu böyük hədəf təmin olarmı? Şübhəsiz ki, bu sualın cavabı mənfidir. Bu dünyadan sonra digər bir dünya olmalı, insanın təkamülü orada davam etməli, bu əkinin məhsulu orada yığılmalı və hətta digər dünyada da bu hərəkət davam etməlidir ki, əsas hədəf təmin olunsun.
Bir sözlə, yaranış hədəfinin təmin edilməsi ölümdən sonrakı həyatı qəbul etmədən mümkün deyil. Bu dünyanın əlaqəsini ölümdən sonrakı dünya ilə kəssək, hər şey müəmma şəkli alacaq və “nə üçün” suallarına cavab tapılmayacaqdır. (1)
Şərh qeydə alınmayıb