Qısa cavab:
Pisliklərin yaxşılıqlara çevilməsi bir neçə formada izah edilir. İzahlardan biri belədir ki, Allah-taala öz lütf, kərəm, fəzilət və mükafatına görə tövbədən sonra insanın pis əməllərini aradan qaldırır və onların yerini yaxşı əməllərlə doldurur.
Ətraflı cavab:
Pisliklərin yaxşılıqlara çevilməsindəki məqsədin nə olması haqda bir neçə təfsir vardır ki, bunların hamısı qəbul olunasıdır:
1. İnsan tövbə etdiyi və Allaha iman gətirdiyi zaman onun bütün vücudunda əsaslı dəyişikliklər baş verir. Bu dəyişiklik və daxili inqilab sayəsində gələcəkdə pis əməlləri yaxşılıqlara çevrilir. Əgər insan keçmişdə qətl törədibsə, gələcəkdə məzlumları müdafiə edəcək və zalımlarla mübarizəyə qalxacaq. Əgər zinakar olmuşdursa, sonradan pak və iffətli olacaq. Bu, ilahi iman və tövbə sayəsində baş verir.
2. Digər təfsir isə belədir: Allah-taala öz lütf, kərəm, fəzilət və mükafatına görə tövbədən sonra insanın pis əməllərini aradan qaldırır və onların yerini yaxşı əməllərlə doldurur. Əbuzər İslam peyğəmbərindən (s) belə nəql edir: “Allah-taala qiyamət günü bəzi insanların böyük günahlarının gizlədilməsinə, kiçik günahlarının isə nümayiş etdirilməsinə göstəriş verəcəkdir.”
Ona deyiləcək: "Sən fılan gün bu kiçik günahı işlədin." O da buna etiraf edəcək. Lakin qəlbi böyük günahlara görə qorxur və əsir. Burada Allah ona lütf edərək əmr verəcək ki, onun hər bir günahının yerinə bir yaxşı əməl yazsınlar. O belə deyəcək: "İlahi! Mən bundan da böyük günahlara düçar olmuşdum, amma onları burada görmürəm."
Əbuzər deyir: "Bu zaman həzrət Peyğəmbər (s) gülümsədi, belə ki, dişləri göründü. Sonra da bu ayəni tilavət etdi:
«فَاُوْلئِکَ یُبَدِّلُ اللّهُ سَیِّئاتِهِمْ حَسَنات». (1)، (2 (
“Allah onların pis əməllərini yaxşı əməllərə çevirər.”"
3. Üçüncü təfsir ondan ibarətdir ki, "pislik" (günah) dedikdə, insanın yerinə yetirdiyi əməlin özü yox, onun ruh və canına təsir edən günah nəzərdə tutulur. Tövbə və imanla bu təsir və əsər onun ruh və canında xeyirli təsirə çevrilir. Pisliklərin (günahların) xeyirlərə çevrilməsinin mənası budur.
Əlbəttə, bu üç növ təfsir bir-biri ilə ziddiyyət təşkil etmir. Hər üç mənanın bu ayədə toplanması mümkündür. (3)
Şərh qeydə alınmayıb