Qısa cavab:
Quşçi ikinci xəlifənin müvəqqəti nikahı haram etməsi ilə bağlı yazır: “Bu işi ona heç bir irad gətirmir. Çünki bir müctəhidin ictihadla əlaqədar məsələlərdə başqa bir müctəhidlə ixtilafı təzə məsələ deyildir!” Lakin heç bir halda adi bir insan bütün kainatın sərvəri ilə müqayisə oluna bilməz, onun nəzərini Peyğəmbərin nəzəri ilə eyni səviyyədə qərar vermək olmaz!
Ətraflı cavab:
879-cu ildə vəfat edən Quşçi “Şərhi təcrid” kitabının (1) imamət bəhsində yazır: Ömər minbərdə dedi:
اَیُّهَا النَّاسُ ثَلَاثٌ کُنَّ عَلَى عَهْدِ رَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) وَاَنَا اَنْهَى عَنْهُنَّ وَ اُحَرِّمُهُنَّ وَاُعَاقِبُ عَلَیْهِنَّ: مُتْعَهُ النِّسَاءِ ، وَمُتْعَهُ الْحَجِّ ، وَ حَیَّ عَلَى خَیْرِ الْعَمَلِ
“Ey insanlar! Üç şey Peyğəmbərin dövründə halal idi və mən onları haram edirəm. Hər kəs onlara yol versə, onu cəzalandıracağam: müvəqqəti evlənmək, təməttö həcci və azandakı “həyyə əla xeyril-əməl” cümləsi.”
Sonra Ömərin bu işini belə izah edir: “Ömərin bu işi ona heç bir irad gətirmir. Çünki bir müctəhidin ictihadla əlaqədar məsələlərdə başqa bir müctəhidlə ixtilafı təzə məsələ deyildir!”
Çox təəssüflü haldır! Quşçi kimi bir alim böyük İslam Peyğəmbəri kimi şəxsiyyəti adi camaatdan biri kimi hesab edərək, onların hər ikisini müctəhid sayır! O hara, Peyğəmbər hara! Məgər Peyğəmbəri-Əminin dediyi hər bir şey Lövhi-Məhfuzda qeyd olunanlardan başqa bir şeydirmi? اِنْ هُوَ اِلاَّ وَحْىٌ یُوحَى * عَلَّمَهُ شَدِیدُ ا لْقُوَى “O, vəhy olunan şeylərdən başqa bir şey deyildir və böyük qüvvəyə malik olan (mələk) ona öyrətmişdir.” (2) Bunun fərin (ikinci dərəcəli işin) əslə (birinci dərəcəli işə) həml edilməsi və istixrac üçün gümandan istifadə əsasında olan ictihadla hansı əlaqəsi və münasibəti ola bilər?!
Müxalifət o yerdə caizdir ki, müctəhid özü ilə eyni səviyyədə olan başqa bir müctəhid qarşında qərarlaşsın, nəinki aşkar buyruq və bəyan əsasında ictihad etsin! Müctəhidin şəriətin aşkar bəyanları və qanunları müqabilində əks mövqe seçərək onun əleyhinə fətva verməsi caiz deyildir!
Bundan əlavə, hansı məntiq dərk və idrak baxımından bütün dünyanın əql sahiblərinin sərvəri olan bir şəxsi camaat arasında olan adi bir insanla eyni səviyyədə qərar verir ki, sonra onların nəzəriyyələrini müqayisə etsin?! Bütün dünya insanlarının ayrı-ayrıqda hər birinin nəzər və rəyləri müqəddəs şəriət qanunları ilə müxalif olan zaman nə kimi dəyərə malik ola bilər?!
Qurani-kərimdə heç bir qeyd və şərt qoyulmadan itaəti vacib buyurulan, kəlamı ilahi vəhydən qaynaqlanan, işində, sözündə və danışığında heç bir xəta və səhv olmayan ilahi bir şəxsiyyəti çox hallarda öz acizliyinə və elmi bacarıqsızlığına etiraf edən xəlifə ilə müqayisə etmək ağlasığandırmı?! Xeyr, heç bir halda adi bir insan bütün kainatın sərvəri ilə müqayisə oluna bilməz, onun nəzərini Peyğəmbərin nəzəri ilə eyni səviyyədə qərar vermək olmaz! (3)
Şərh qeydə alınmayıb