Qısa cavab:
Rəvayətə görə Ömər Quranın sözləri haqqında sual və mübahisəni sevmirdi və buna görə bəzi şəxsləri ciddi cəzalandırmışdı. Belə ki, hətta İbn Abbas ondan Quran haqqında sual soruşmağa qorxardı.
Ətraflı cavab:
Ənəsdən belə nəql olunur: “Səbiğ Kufi Ömər ibn Xəttabdan Quranın bir hərfi barədə sual soruşduğuna görə onu şallaqla o qədər vurdu ki, kürəyindən qan axmağa başlardı.”
Zəhridən nəql olunur: “Ömər Quranın hərfləri barəsində çox sual etdiyinə görə Səbiği o qədər şallaqladı ki, kürəyindən qan axmağa başladı.” (1)
Həmçinin Ğəzzali “Ehyaul-ulum” kitabında (2) yazır: “Ömər mübahisə və söz-söhbətin qarşısını aldı. Ondan Quranın iki ayəsinin arasındakı ziddiyyət barəsində soruşan Səbiği şallaqlayıb özündən uzaqlaşdırdı, camaata da göstəriş verdi ki, ona yaxınlaşmasınlar.” (2)
Həmçinin Əbdur-Rəhman ibn Yəzid deyir: “Bir nəfər Ömərdən “və fakihətən və əbbən” ayəsi barəsində soruşdu. Ömər onun bu barədə danışdığını görəndə şallaqla ona tərəf getdi...” (3)
İbn Abbas deyir: (4) “Bir il ərzində Ömər ibn Xəttabdan bir ayə barəsində soruşmaq istəyirdim, lakin qorxudan soruşa bilmirdim.” (5)
Şərh qeydə alınmayıb