Qısa cavab:
“Raşidin xəlifələrin sünnəsinə tabe olun” hədisi müsəlmanlar arasında yekdilliklə qəbul olunmuş bir hədisdir. Lakin xəlifələrin kimlər olduğu haqqında fikir ayrılığı var. Şiə əqidəsinə görə yalnız Əhli-beytdən olan məsum şəxslər bu hədisdəki “xəlifələr” sözünə uyğun gəlir. Əhli-sünnətin aradıqları xilafəti sübut etmək üçün bu hədisə istinad etmək düzgün deyildir.
Ətraflı cavab:
Əhli-sünnət alimləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan (səhih olan)
عَلَیْکُمْ بِسُنَّتِی وَسُنَّهِ الْخُلَفَاءِ الرَّاشِدِینَ الْمَهْدِیِّینَ فَتَمَسَّکُوا بِهَا ، وَعَضُّوا عَلَیْهَا بِالنَّوَاجِذِ ، وَاِیَّاکُمْ وَمُحْدَثَاتِ الْاُمُورِ فَاِنَّ کُلَّ مُحْدَثَهٍ بِدْعَهٌ وَکُلَّ بِدْعَهٍ ضَلَالَهٍ
“Mənim sünnəmə və məndən sonra hidayət olunmuş raşidi xəlifələrin sünnəsinə sarılın və tabe olun, onu dişinizlə-dırnağınızla qoruyub saxlayın, saxta (kitab və sünnənin əksinə olan) işlərdən uzaq olun! Çünki hər saxta iş bidətdir və hər bidət də zəlalətdir” – hədisini xalqın seçimi, yaxud Əbubəkrin xəlifə seçilməsinə, yaxud da şura tərəfindən təyin olunan və xilafət kürsüsünə əyləşən şəxsə aid etmişlər. Amma bu yozum səhih deyildir; çünki, ağıl qəbul etmir ki, Peyğəmbər heç bir üslub və metodu olmayan, fiqh, kitab və sünnətdən əldə etdiyi hər bir şeyi başqalarının ağzından eşitmiş, yaxud da öz şəxsi rəyi əsasında fətva vermiş şəxslərin üslubuna tabe olmağı əmr etmiş olsun. Misal üçün, Əbubəkr deyir: “Mən tezliklə öz fikir və rəyimi bəyan edəcəyəm; əgər düzgün olsa, Allah tərəfindəndir, yox əgər səhv olsa, özümün və şeytanın tərəfindəndir.”
Amma imamiyyə şiələrinin əqidəsinə görə yuxarıdakı hədisin düzgün mənası budur: “Raşidi xəlifələr” dedikdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in məqsədi o kəslərdir ki, o həzrət onların adını şəxsən təyin etmiş və onları “Səqəleyn” hədisində Quranın bərabəri qərar verərək buyurmuşdur:
اِنِّی تَارِکٌ فِیکُمُ الْخَلِیفَتَیْنِ ـ اَوْ مُخَلِّفٌ فِیکُمُ الثَّقَلَیْنِ ـ : کِتَابَ اللهِ وَعِتْرَتِی اَهْلَ بَیْتِی لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَیَّ الْحَوْضَ
“Həqiqətən mən sizin aranızda iki xəlifə qərar verirəm – yaxud (başqa nüsxələrdə) iki ağır əmanət qoyub gedirəm: Allahın Kitabı və itrətim olan Əhli-beytim. Bunlar hovuzda mənim yanıma gələnə qədər heç vaxt bir-birindən ayrılmayacaqlar.” (3)
Yuxarıdakı hədisdə “Əl-xuləfa” kəlməsindəki “əlif və lam” (müəyyənlik əlaməti) artiklı da onların məhz hidayət ilə vəsf olunan xəlifələr olduğunu tələb edir. Onlar elə insanlardır ki, tutduğu yol, əməl və davranışları əsla ixtilaf olmadan eynilə Peyğəmbərin davranışı və sirəsinə müvafiqdir. Həzrətin təqdim etmədiyi kəslər, yaxud canişin kimi təyin etmədiyi şəxslər bu hədisdə nəzərdə tutula bilməz. Onun bəyan etdiyi say onlara uyğun gəlmir; əksinə həzrətin buyurduğu sifətlər və rəqəmlər yalnız Əhli-beytdən olan məsum xəlifələrə uyğun gəlir. Əhli-sünnətin aradıqları xilafəti sübut etmək üçün bu hədisə istinad etmək düzgün deyildir. (4)
Şərh qeydə alınmayıb