Qısa cavab:
Peyğəmbərlərin və imamların məsum olması nəzəriyyəsi insanın zehnində bu sualı yarada bilər ki, onlar həqiqi bir insan deyil, əksinə mələyə bənzər bir varlıqlardır. Bu suala aşağıdakı iki cavabı vermək olar.
Ətraflı cavab:
Bəzi Əşəri mütəkəllimlərinin dilindən deyilir ki, məsum şəxs bəşər növündən deyil, bəşər surətinə düşmüş başqa bir varlıqdır – eynilə bəzi hallarda insan surətinə düşən mələklər kimi. Buna görə də insana aid xüsusiyyətlər, o cümlədən şəhvət, qəzəb və digər rəzil xislətlər onlarda yoxdur.
İbn Əbil-Hədid yazır: “Məsum şəxsin nəfsində, yaxud bədənində, yaxud da hər ikisində elə bir xüsusiyyət vardır ki, günah işlər görməsinin qarşısını alır.” (1)
Bu ehtimalı da bir neçə formada rədd etmək olar:
1. Məsum şəxs – Peyğəmbər ya da imam – insanlar arasında örnək olmalıdır. Necə ki, Allah-taala buyurur:
لَقَدْ کانَ لَکُمْ فِی رَسُولِ اللهِ اُسْوَهٌ حَسَنَهٌ
“Həqiqətən sizin üçün Allahın Rəsulunda gözəl örnəklər vardır.” (2)
Həqiqətdə örnək seçmək dinin əməli hissəsidir və məsum şəxsə tətbiq olunur. Nəticədə insanlar onun yolunu gedərək kamilliyə və səadətə çatırlar. Bildiyimiz kimi, bəşərin örnəyi onun öz növündən olmalıdır ki, bəşərə məxsus olan bütün nəfsani sifətlər və qərizələrlə mübarizə etsin, səadət yolunu ötüb keçsin və başqaları üçün də nümunə və örnək olsun.
Buna görə də Quran heç bir halda məlaikələri bəşərin örnəyi qərar verməmiş və camaatı onlara iqtida etməyə çağırmamışdır. Əksinə, bu səmavi kitab özünün bütün dəvətini saleh insanların və peyğəmbərlərin üslublarına tabe olmaqda xülasələşdirir.
2. Bu ehtimal Quran ayələrinə ziddir. Çünki Quran aşkar şəkildə buna təkid edir ki, məsum da sair insanlar kimidir, bu fərqlə ki, onda yüksək dərəcədə kamal, əxlaqi fəzilət və qabiliyyətlər vardır. Mütəal Allah onları bu vəsflərlə insanlara doğru göndərmişdir. Həmin ayələrdən bəzilərini burada qeyd edirik:
a)قالَتْ لَهُمْ رُسُلُهُمْ اِنْ نَحْنُ اِلاّ بَشَرٌ مِثْلُکُمْ
“Göndərilənlər (rəsullar) onlara dedilər: Biz (də) sizin kimi bir bəşərik.” (3)
b)قُلْ اِنَّما اَنَا بَشَرٌ مِثْلُکُمْ یُوحى اِلَیّ
“De, ey Peyğəmbər! Mən də sizin kimi bir bəşərəm ki, mənə vəhy nazil olur.” (4)
v)وَما کانَ لِبَشَر اَنْ یُکَلِّمَهُ اللهُ اِلاّ وَحْیاً...
“Elə bir bəşər yoxdur ki, Allah onunla vəhy yolundan başqa yolla danışmış olsun.” (5)
e)وَما اَرْسَلْنا قَبْلَکَ اِلاّ رِجالا نُوحِی اِلَیْهِمْ فَسْئَلُوا اَهْلَ الذِّکْرِ اِنْ کُنْتُمْ لا تَعْلَمُونَ * وَما جَعَلْناهُمْ جَسَداً لا یَاْکُلُونَ الطَّعامَ وَما کانُوا خالِدِینَ
“Biz səndən əvvəl yalnız vəhy etdiyimiz şəxsləri göndərdik (onların hamısı insan və bəşər növündən idi). Əgər bilmirsinizsə, agahlardan soruşun. Biz onları yemək yeməyən cəsədlər qərar vermədik və onlar əbədi ömürlərə də malik deyildilər.” (7)
Şərh qeydə alınmayıb