Qısa cavab:
Lüğət kitablarında "İsmət" sözü üçün toxunulmazlıq, qoruyub saxlamaq və qadağan etmək kimi mənalar qeyd olunmuşdur.
Ətraflı cavab:
"İsmət" sözü üçün lüğətdə toxunulmazlıq, qoruyub saxlamaq və qadağan etmək mənalar qeyd olunmuşdur.
Firuzabadı yazır: “Ə-sə-mə – yə-su-mu” yəni, (zəhmətlə) kəsb etdi, qadağan etdi, saxladı. İsmət (eyn hərfinin kəsrəsi ilə) qadağan etdi mənasınadır.” (1)
İbn Əsir “Ən-nihayə” kitabında yazır: “Əl-ismət: əl-min’ət – ismət çəkindirmək mənasınadır və “asim” isə çəkindirən deməkdir.” (2)
İbn Mənzur deyir: “Ərəb kəlamında "ismət" qadağan etmək (çəkindirmək) mənasına işlənmişdir.” (3) (4)
Şərh qeydə alınmayıb