Qısa cavab:
Quranda zülm üç mənada işlənmişdir: Allaha qarşı zülm, başqalarına zülm etmək, insanın özünə zülm etməsi. Zülmün bu üç qisminə diqqət yetirməklə “İbtila” ayəsinin “Mənim əhd-peymanım zalımlara şamil olmaz” hissəsi hər növ zalıma və zülmkara şamil olur.
Ətraflı cavab:
Hər sözdən öncə demək lazımdır ki, “zülm” lüğətdə bir şeyi öz yerindən başqa yerə qoymaq mənasınadır. Terminologiyada isə, şəriətin və ya ictimai rəyin təyin etdiyi hüdudları pozmaq mənasındadır. Bu hesabla kiçik və ya böyük günahın hər ikisi zülm hesab olunur. Çünki günah edən şəxs Şəriət Sahibinin təyin etdiyi hüdudları pozur. Quranda zülm üç mənada işlənmişdir:
1. Allaha qarşı zülm.
Zülmlərin ən böyüyü və ən qəbahətlisi olan bu zülm Allaha qarşı şərik qoşmaq və kafir olmaqla bağlıdır. Mütəal Allah buyurur:
فَمَنْ اَظْلَمُ مِمَّنْ کَذَّبَ بِآیاتِ اللهِ
“Allahın ayələrini təkzib edənlərdən də zalım bir şəxs varmı?!” (1)
Həmçinin buyurur:
اِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیمٌ
“Həqiqətən şirk böyük zülmdür.” (2)
2. Başqalarına zülm etmək
Allah-taala buyurur:
اِنَّمَا السَّبِیلُ عَلَى الَّذِینَ یَظْلِمُونَ النّاسَ
“Cəzalandırmaq yolu yalnız insanlara zülm edən şəxslərə qarşı vardır.” (3)
3. İnsanın özünə zülm etməsi
Allah-taala buyurur:
وَمَنْ یَتَعَدَّ حُدُودَ اللهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ
“Hər kəs Allahın təyin etdiyi həddi-hüdudu keçsə, özünə zülm etmişdir.”
Həmçinin buyurur:
وَمَنْ یَفْعَلْ ذلِکَ فَقَدْ ظَلَمَ نَفْسَهُ
“Hər kəs belə bir iş görsə, şübhəsiz, özünə zülm etmişdir.” (5)
Zülmün bu üç qisminə diqqət yetirməklə “İbtila” ayəsinin “Mənim əhd-peymanım zalımlara şamil olmaz” hissəsi hər növ zalıma və zülmkara şamil olur. Buna əsasən, imamət peymanı zülm edən insanlara çatmaz – istər onların zülmləri başqalarına qarşı olsun, istərsə də özlərinə. (6)
Şərh qeydə alınmayıb