Qısa cavab:
1. Günah mühitindən uzaqlaşmaq, günah məclislərində iştirak etməmək;
2. Dostlarını, ətrafındakıları bir daha gözdən keçirmək;
3. Günah vəsvəsəsi, günah marağı onda özünü göstərdiyi zaman Allahı xatırlamaq;
4. Tərk etdiyi günahın zərərli təsirləri barədə daima düşünmək;
5. Gecə-gündüz vaxtını düzgün proqramlarla doldurmaq və s.
Ətraflı cavab:
Tövbəkarın günaha dönməməsi üçün tövbə daimi olmalıdır. Bir tərəfdən insanın səhvi nəfsi-əmmarənin (pisliyə əmr edən nəfs) vəsvəsəsi nəticəsində olarsa, təxirə salmadan tövbə etməlidir ki, nəfsi-ləvvamə (danlayan nəfs – vicdan) mərhələsinə adlasın. Nəfsi-mütməinnə (arxayın nəfs) mərhələsinə çatdıqdan sonra vəsvəsələr kökündən kəsiləcək.
Digər tərəfdən hər hansı günahdan tövbə etdikdə, tövbəni pozmamaq üçün tam ehtiyatlı olmalı, Allaha verdiyi sözü gələcəkdə də tutmağı üçün səy göstərməlidir. Başqa ifadə ilə desək, günahdan tövbə etdikdən sonra günah həvəsi qəlbində, canında qalıbsa, mübarizə aparmalı, nəfslə cihadı gündəlik proqramına daxil etməlidir. Bu minvalla, həm tövbəkarlar, həm də mücahidlər sırasında olmuş olacaq.
Tövbəkarın günaha qayıtmamağı üçün aşağıdakı işləri görməsi zəruridir:
1-Günah atmosferindən uzaqlaşmaq, günah məclislərində iştirak etməmək; tövbəkar ilk vaxtlar zəifdir, yataqdan yeni qalxan xəstə kimi. Əgər öz ayağı ilə çirkli və yolxucu yerə gedərsə, yenidən xəstəliyə yoluxma ehtimalı olduqca çoxdur. Habelə, narkotikdən təzəcə qurtulan narkotik aludəçisi yoluxma mühitinə qədəm basarsa, anidən yoluxar.
2-Dostlarını, ətrafındakıları bir daha gözdən keçirmək; keçmişdə onu günaha sürükləyən dostlarından, tanışlarından birdəfəlik ayrılsın.
3-Günah vəsvəsəsi, günah marağı onda özünü göstərdiyi zaman Allahı xatırlamaq; ona görə ki, (Allahın zikri qəblərin aramlıq səbəbidir) “الا بِذِکْرِاللّهِ تَطْمَیِنُّ الْقُلُوبُ” (1).
4-Tərk etdiyi günahın zərərli təsirləri barədə mütəmadi düşünmək və həmin təsirləri göz önündə tutmaq; məbadə qəflətə düşüb günahın öldürücü təsirlərini unutmaqla növbəti dəfə onda günaha qarşı meyil yaransın və hər tərəfdən vəsvəsələr qəlbinə həmlə etsin.
5-Keçmişdəkilərin və müxtəlif günahlar səbəbindən böyük müsibətlərə düşən kəslərin əhvalatından dərs alsın, macəralarını gözü önündən keçirsin, hətta məsum peyğəmbərlərin bəzən yüngülvari büdrəmələrini (“Tərki-ovla”– ən yaxşını tərk etmə) mütaliə etsin. Məsələn: Həzrət Adəmin (ə) ali məqamı olan cənnətdən qovulma səbəbi nə idi və ya həzrət Yunus (ə) nə üçün qəzəbə uğradı, yaxud Allahın böyük peyğəmbəri Yaqubun (ə) oğlundan illər boyu sürən acılı ayrılığına hansı amillər səbəb oldu?
Belə mövzuların mütaliəsi sözsüz, günah vəsvəsələrini azaldır, tövbəyə səbat və davamlılıq verir.
6-Günahlar üçün nəzərdə tutulmuş və vədə verilmiş cəzalar barədə tək-tək düşünmək; nəzərdən qaçırmasın ki, tövbədən sonra günahın təkrarı cəzanı ağırlaşdıra bilər. Habelə, tövbəkarlara şamil olan Allahın lütfünün ona da şamil olduğuna diqqət etsin. Daimi olaraq, özünə bu ilahi lütfü qorumasını təlqin etsin: “Allahın sənə nəsib etdiyi bu ali məqam asanlıqla qazanılmamışdır!”
7-Gecə-gündüz vaxtını düzgün proqramlarla doldurmaq; abırlı həyat üçün proqram, Allaha bəndəlik və ibadət üçün proqram, sağlam əyləncə üçün proqram hazırlamalıdır. Çünki, bekarlıq, asudə vaxtın çoxluğu böyük bəladır, hansı ki günah vəsvəsələrinin qayıtmasına zəmin yaradır. Bir alimdən “اَلْتّایِبُ حَبیبُ اللّهِ” (2); “Tövbəkar Allahın dostudur” hədisinin açıqlamasını istədilər.
Dedi: Məqsəd bu ayənin nümunəsi olan kəsdir:
“اَلتّایِبُونَ الْعابِدُونَ الْحامِدُونَ السّایِحُونَ الرَّاکِعُونَ السّاجِدُونَ الاْمِرُوْنَ بِالْمَعْرُوفِ وَ النّاهُونَ عَنِ الْمُنْکَرِ وَ الْحافِظُونَ لِحُدُودِ اللّهِ وَ بَشِّرِ الْمُوْمِنینَ”
“Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ”. (3), (4).
Şərh qeydə alınmayıb