Qısa cavab:
Şübhəsiz, sonsuz qüdrət sahibi olan Allah-taala hər kəsdən və hər şeydən ehtiyacsızdır. Odur ki, qeyd edilən şərtlərlə tövbəkarların tövbəsini, üzrünü qəbul etməyə, həmçinin cəzalarından keçməyə daha layiqdir.
Ətraflı cavab:
Bütün İslam alimlərinin yekdil rəyinə əsasən, tövbə (bütün şərtləri ilə birgə) Allah dərgahında məqbuldur. Quran ayələri və hədislər də mövzunun şəffaflığına dəlalət edir. Ancaq, tövbənin qəbulunun əqli və ya aqillərin üslubuna uyğun, yaxud da nəqli (Quran və sünnə) olması müzakirə mövzusudur.
Bir qrupun etiqadına görə tövbədən sonra cəzanın aradan qaldırılması mərhəmət və lütf üzündəndir. Allahın öz iradəsi ilə tövbədən sonra bəndəsinin günahını bağışlamaması tamamilə mümkün bir işdir. Necə ki, adi insanlar arasında da belədir: zülmə məruz qalmış şəxs ona zülm edib ondan üzr istəyən şəxsi bağışlaya da bilər, bağışlamaya da.
Halbuki, başqa bir dəstə tövbə etdikdən sonra cəzanın aradan qalxmasını vacib bilir, hətta cəzalı şəxsin üzründən sonra üzrünün qəbul edilməməsini nalayiq və çirkin iş hesab edirlər. Sözsüz ki, bu iş Allaha yaraşmaz.
Burada üçüncü nəzəri qəbul etmək də olar. Bu nəzərə görə, tövbənin qəbulu aqillərin üslubuna uyğun olduğu üçün vacibdir. Yəni, ağıl tövbə və üzrxahlığın qəbulunu vacib bilməsəydi belə, yanlış iş görən şəxs nəticədə üzrxahlıq edib, işin mənfi təsirlərini aradan qaldırsa, – belə ki, heç nə itib-batmasa, heysiyyətinə toxunduğu kəsin heysiyyətini qaytarsa, haqqını tapdaladığı kəsin haqqını iadə etsə, narahatçılığına səbəb olduğu şəxsin narahatlığını bir şəkildə aradan qaldırsa – belə bir şəraitdə şəxsin tövbə və üzrü bütün dünya aqilləri tərəfindən məqbuldur. Əks təqdirdə, üzrü qəbul etməyən şəxs kin-küdurətli, davranışı isə insanlığa və əxlaqa zidd sayılır.
Şübhəsiz, sonsuz qüdrət sahibi olan Allah-taala hər kəsdən və hər şeydən ehtiyacsızdır. Odur ki, qeyd edilən şərtlərlə tövbəkarların tövbəsini, üzrünü qəbul etməyə, həmçinin cəzalarından keçməyə daha layiqdir.
Bir addım da önə gedib tövbə qəbulunu əqli saymaq və “məqsəddən dönməyin qəbahəti” qaydası ilə əsaslandırmaq olar.
Daha ətraflı izah etsək: bildiyimiz kimi Allah bəndələrinin ibadət və itaətindən ehtiyacsızdır. Bu halda, Allahın qoyduğu təkliflər (vəzifələr) bəndələrin təkamül və tərbiyəsi məqsədi güdən ilahi bir lütfdür; namaz, oruc və digər ibadətlər ruh və ruhumuzu inkişaf etdirir, hər keçən gün Allaha daha da yaxınlaşdır. Digər vacib və haram əməllərin də ayrı-ayrılıqda təkamülümüzə müəyyən təsirləri var.
Quranda həcc barəsində buyurulur:
“لِیَشْهَدُوا مَنافِعَ لَهُمْ ”(1)
“İnsanlar Allah evinin ziyarətinə məmur ediliblər ki, maddi və mənəvi bəhrəsini görsünlər”.
Quranın digər ayələrində namaz çirkinliklərdən çəkindirmə amili (2), oruc təqva səbəbi (3), zəkat fərd və cəmiyyətin xoşagəlməz xüsusiyyətlərdən, azğınlıqdan paklanma vasitəsi sayılmışdır (4).
İslam hədislərində də iman şirkdən paklanma, namaz təkəbbürdən qurtulma, həcc müsəlmanların vəhdəti, cihad isə İslamın izzəti səbəbi sayılmışdır (5).
Bu minvalla, bütün ilahi vəzifələr, göstərişlər insanın səadət və təkamülünə xidmət edir. Belə ki, həmin səadət və vəzifə insan yaradılışının qayəsi, Allaha yaxınlaşmaq və bəndəlik məqamına çatmaqdır:
“وَ ما خَلَقْتُ الْجِنَّ وَ الاْ نـْسَ اِلاّ لِیَعْبُدُونَ” (6)
“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım”.
Heç şübhəsiz, tövbənin vacibliyi və qəbulu təkamülün tərkib hissəsidir. Hər halda insan məsum olmadığı üçün səhvə yol verməsi mümkündür. Dönüş nöqtəsini onun üzünə bağlasaq, birmənalı olaraq təkamüldən geri qalacaq. Yox, əgər ona deyilsə ki, Allahın sənin tövbəni qəbul etməsi üçün səhvini düzəltməli, Allaha dönməli və keçmişdə zay etdiklərini əvəzləməlisən – təlafi etməlisən, belə bir şəxs təkamül və səadətə daha yaxın, səhv və azğınlıqdan isə daha uzaq olacaq.
Nəticə etibarı ilə, tövbənin qəbul edilməməsi, məqsəddən dönməyə gətirib çıxarır, çünki təklif və itaətin məqsədi insanın təkamül və tərbiyəsidir, tövbəni qəbul etməmək isə bu məqsədə zərbə vurur. Hikmət sahibi olan Allah məqsədindən dönməz.
Qısaca desək: tövbənin özünəməxsus fəlsəfəsi vardır və insanın təkamülü ilə sıx əlaqəlidir. Tövbə qapıları bağlanarsa, təkamü
Şərh qeydə alınmayıb