Qısa cavab:
Əxlaqın dəyişməzliyini iddia edənlər əxlaqın dəyişməsinin mümkünsüzlüyünü göstərən bir sıra hədislərə istinad edirlər. Buna baxmayaraq, insanların fərqli ruhiyyələrə malik olduğunu qəbul etməklə yanaşı, heç kim pis və ya yaxşı əxlaqlı qalmaq məcburiyyətində deyil. Müsbət səciyyə və əxlaq sahibləri də nəfsi istəklərin ucbatından pis əxlaqa tənəzzül edə bilərlər. Eləcə də, mənfi səciyyələri olan insanlar ustad və özünütərbiyə sayəsində ali kamal mərhələsinə yüksələ bilərlər.
Ətraflı cavab:
Əxlaqın dəyişməzliyini iddia edənlər ilk baxışda əxlaqın dəyişməsinin mümkün olmadığını göstərən bir sıra hədislərə istinad edirlər. O cümlədən:
1-Peyğəmbərdən (s) nəql edilən məşhur bir hədisdə qeyd edilir ki, Həzrət (s) buyurur:
“اَلنّاسُ مَعادِنٌ کَمَعادِنِ الذَّهَـبِ وَالْفِضَّـهِ، خِیـارُهُمْ فِى الْجاهِلِیِّـهِ خِیـارُهُـمْ فـِی الاْسْـلامِ” (1)
“İnsanlar qızıl-gümüş mədənləri kimidir. Cahiliyyət dövründə onların ən yaxşıları İslamda da ən yaxşılarıdır”.
2-Başqa bir hədisdə də Peyğəmbər (s) buyurur:
“اِذا سَمِعْتُمْ اَنَّ جَبَلا زالَ عَنْ مَکانِهِ فَصَدِّ قُوهُ، وَ اِذا سَمِعْتُمْ بِرَجُل زالَ عَنْ خُلْقِهِ فَلا تُصَدِّ قُوهُ! فَاِنَّهُ سَیَعُودُ اِلى ما جُبِلَ عَلَیْهِ” (2)
“Hər zaman bir dağın yerini dəyişdiyini eşitsəniz təsdiq edin, amma birinin əxlaqını boşladığını duysanız, inanmayın! Çünki, tezliklə öz (fitrətinə) xislətinə geri dönəcək!”.
Zati baxımdan insanların fərqli ruhiyyəyə malik olması tərəfimizdən məqbuldur; bəziləri qızıl kimidir, bəziləri də gümüş. Ancaq bu, ruhiyyələrin dəyişməz olduğuna dəlil deyil. Başqa sözlə, belə ruhi səciyyələr tam səbəb həddində deyil, “lazım olan” miqdarı bildirir. Biz təcrübələrdə də müşahidə etmişik ki, belə şəxslər təlim-tərbiyə nəticəsində tamamilə dəyişirlər.
Bundan əlavə, bu hədisə uyğun hökm vermək istəsək, deməliyik ki, bütün insanlar gözəl əxlaqlıdır; bəziləri yaxşıdır, bəziləri isə daha yaxşı (qızıl və gümüş kimi). Beləliklə, təbii pis əxlaqa yer qalmır.
İkinci hədisdə də məsələ tam səbəb həddində deyil, “lazım olan” miqdarı bildirir. Başqa ifadə ilə desək, bütün insanlara deyil, əksərinə şamildir. Əks halda hədisin məzmunu – əlimizdə olan və fərdlərin əxlaqının dəyişdiyini və ömürlərinin sonunadək elə qaldıqlarını göstərən – tarixə aşkar ziddir.
Habelə, gündəlik təcrübələrimizə qarşıdır, hansı ki təlim və tərbiyə nəticəsində günahkar, cinayətkar insanların islah olduğunu və sonadək yeni üslubda qaldıqlarını görürük.
Sözün qısası, insanların fərqli ruhiyyələrə malik olduğunu qəbul etməklə yanaşı, heç kim pis və ya yaxşı əxlaqlı qalmaq məcburiyyətində deyil. Müsbət əxlaq və səciyyə sahibləri də nəfsi istəklərin ucbatından pis əxlaqa tənəzzül edə bilərlər. Eləcə də, mənfi səciyyələri olan insanlar ustad və özünütərbiyə sayəsində ali kamal mərhələsinə adlaya bilərlər!
Bunu da qeyd etmək lazımdır ki, bəzi günahkar, cinayətkar insanlar öz işlərinə bəraət qazandırmaq üçün belə məntiqlərə əl atırlar: “Allah bizi belə yaradıb, əgər istəsəydi başqa əxlaqda yaradardı!”.
Hər halda əxlaqın dəyişməz olduğuna inanan məktəbə üz tutmaq cəbr etiqadına mübtəla olmaqdan, peyğəmbərlər məktəbini inkardan, əxlaq alimləri və psixoloqların səylərini bihudə saymaqdan və bəşər cəmiyyətlərindəki fəsadların sonlanmayacağına inamdan başqa bir şey deyil (3).
Şərh qeydə alınmayıb