İmamlığın fəlsəfəsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verin Fikirləşin və cavab verin


Peyğəmbərlərin lazımlığı barədə gətirdiyimiz sübutlar peyğəmbərdən sonra imamın lazımlığını da bizim üçün bir qədər aydınlaşdırıb. Çünki onların (peyğəmbərlərin və imamların) bəzi işləri eynidir. Lakin yenə də bəzi məsələlərin açıqlanmasını lazım bilirik.
1)İlahi rəhbərlərin (imamların) himayəsində mənəvi təkamül.
Hər şeydən əvvəl, dünyanın yaraşıq və bəzəyi olan yaranışının hədəfi ardınca gedirik. Bu hədəf Allaha, kamala, mənəvi təkamülə yetişməkdə çox məsafələr, uzun-uzadı yollar qət etmişdir. Şübhəsiz ki, bu yolu məsum bir imamın başçılığı olmadan qət etmək olmaz. Bu məsafəni arxada qoymaq üçün mütləq Allah tərəfindən təyin edilmiş bir müəllimə ehtiyacı var.
Düzdür, Allah insana ağıl, düşüncə, dərrakə, vicdan vermiş, onun üçün səmavi kitablar göndərmişdir. Bununla belə, yenə də ola bilər ki, insan öz yolunu tapmaqda səhv etsin. Məsum bir imamın olması isə bu səhvin qarşısını mümkün qədər alır. Beləliklə də, «imamın vücudu insan yaranışının hədəfini təkmil edir.» Əqidə kitablarında bu ifadəni «lütf qaydası» adlandırılar. Lütf qaydası o deməkdir ki, hikmətli Allah insanı yaranışının hədəfinə yetirmək üçün onun üçün hər cür şərait hazırlamışdır. O cümlədən, insanlar üçün peyğəmbərlər göndərmiş və imamlar təyin etmişdir. Əgər belə olmazsa, Allahın hikməti ilə uyğun olmaz. (Diqqət olunsun).
2)Səmavi şəriətləri qorumaq
Bildiyimiz kimi, ilahi şəriətlər peyğəmbərlərin qəlblərinə nazil olan zaman yağış suyu kimi şəffaf və ruhu yandırandılar. Lakin həmin pak şəriətlər çirkin mühitə, bacarıqsız qəlblərə daxil olan zaman çirklənir və yavaş-yavaş öz paklıqlarını itirirlər. İnsanlar (nahaq insanlar) bu şəriətlərin paklığını yox etmək üçün mövhumat və fanatik fikirləri ona qatırlar. Belə olduqda bu şəriətlərin nə bir cazibəsi olur, nə də tərbiyəsi. Bunun qarşısını almaq üçün məsum bir rəhbər şəriət və din proqramlarını gözləməlidir. Bu yolla bütün mövhumat, fanatikalar və yalan əqidələrin qarşısı alınır. Əgər bir şəriət bu cür gözətçidən məhrum olarsa, o tez bir zamanda öz paklığını itirəcək.
Məhz bu mənaya işarə edərək Həzrət Əli(ə) Nəchul-bəlağədə buyurur: «Yer üzü istər aşkarda olsun, istər gizlin, heç bir vaxt ilahi bir rəhbərsiz olmayıb (və olmayacaq). Bununla da,Allahın aşkar dəlil və sübutlarının (şəriətinin) aradan çıxmasının qarşısı alınır.» (Nəhcül-bəlağə, qısa sözlər, 147-ci cümlə). Bu baxımdan imamın qəlbi içində sənədlər saxlanan etibarlı sandığa bənzəyir. Bu yolla bu sənədlər həmişə olduğu kimi qalır.Bu da imamın mövcudluğunun fəlsəfəsindən biridir.
3) Ümmətə siyasi-ictimai rəhbərlik
Şübhəsiz ki, heç bir dəstə ictimai nizam- intizam və başda qüdrətli bir rəhbər olmadan öz ehtiyacını ödəyə bilməz. Elə buna görə də, qədim zamanlardan indiyədək bütün millətlər özlərinə rəhbər təyin etmişlər. Bu rəhbərlər bəzən saleh və xeyirxah insanlar, əksər hallarda isə xudbin və ləyaqətsiz şəxslər olmuşlar. Tarix dəfələrlə göstərmişdir ki, Müaviyə, Yezid kimi zalım şəxsiyyətlər camaatın rəhbərə olan ehtiyacından istifadə edərək özlərini güclə camaata rəhbər etmişlər. Bu, işin yalnız bir tərəfidir. Digər tərəfdən, insan özünün mənəvi təkamül hədəfinə nail olmaq üçün bu yolu tək başına yox, camaatla birgə getməlidir. Çünki bir nəfərin fikri, cismi, maddi və mənəvi qüvvəsi camaatın qüvvəsindən dəfələrlə azdır. (Cəsarətlə demək olar ki, bir nəfərin qüvvəsi cəmiyyətin qüvvəsinin yanında heçdir.) Buna görə, cəmiyyətə düzgün nizam-intizam hakim olmalıdır. Bu hakimiyyət haqsızlıqlarla mübarizə, bütün camaatın hüququna riayət, mühitdə bu hədəfə yetişmək üçün cəmiyyəti səfərbər etməli və böyük hədəflərə nail olmaq üçün proqramlar hazırlamalıdır.
4)Höccətin tamamlanmasına olan ehtiyac.
İmamın mövcudluğu onun ətrafındakı möminlərin ondan bəhrələnməsi və öz hədəflərinə çatmaları üçün ondan istifadə etmələrindən əlavə, onların əksinə hərəkət edənlərə höccəti tamamlayır. Bu yolla onlara verilən əzab vədləri sübutsuz olmur və bəhanə üçün heç bir yer qalmır. Bir sözlə, imamın mövcudluğu haqq dəlillərini kifayət qədər bəyan edir, xəbərsizləri xəbərdar edir, xəbərdarlara isə xatircəmlik verir.
5)İmam Allah lütfünün böyük vasitəçisidir
Alimlərin bir çoxu (hədislərdən istifadə edərək) insanlar arasında peyğəmbər və imamın yerini insan bədənində ürəyin yerinə bənzədirlər. Bildiyimiz kimi, ürək döyündükdə bütün damarlara qan ötürərək bütün hüceyrələri qidalandırır. Məsum imamın insanların başçısı olub Allah lütfünün nazil olmasına səbəb olduğunu, eləcə də hər bir insanın bu vasitəçi ilə əlaqədə olub öz lütfünü mənimsədiyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, ürək insan vücuduna lazım olduğu kimi, imam da insanlara lazımdır. (Diqqətli olun.)
Bunu da bilin ki, peyğəmbər və imamın özünün heç bir şeyi yoxdur ki, camaata versinlər, hər nələri varsa, hamısı Allahındır. Necə ki, qəlb Allah lütfünün bədən üçün vasitəçisidir, eləcə də peyğəmbər və imam insanlar üçün Allah lütfünün vasitəçisidirlər.

Fikirləşin və cavab verin Fikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma