Peyğəmbər sünnəsində imamət

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin.

İnsan hədis kitablarını, xüsusən sünni alimlərin yazdığı kitabları mütaliə etdikdə İslam peyğəmbərindən söylənilmiş və Həzrət Əli(ə)-ın imamətini sübut edən bir çox hədislərlə rastlaşır. İnsan təəccüb edir ki, bu qədər hədislər olan yerdə daha nə şübhə yeri olmalıdır? Bu hədisləri oxuduqdan sonra Əhli-Beyt yolundan başqa yol seçməyin nə mənası var?
Bu hədislərin bəzilərinin sənədi yüzə, bəziləri isə ona çatdığı bir halda və bu hədislərin onlarla məşhur dini kitablarda yazıldığı bir halda əgər onun-bunun dedi-qodularını, fanatikaları kənara qoysaq, məsələ elə aşkar olacaq ki, daha başqa dəlil və sübuta ehtiyac olmayacaq.
Biz bu hədislərin məşhurlarından bir neçəsini nümunə gətirir və bu barədə geniş məlumat istəyənlər üçün bəzi mənbələri qeyd edirik.
1.Qədir-Xum hədisi
Tarixçilərin əksəriyyəti yazırlar ki, peyğəmbər(s) ömrünün son ilində həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getmişdi. Həcc mərasimi başa çatdıqdan sonra peyğəmbər öz yeni və keçmiş səhabələri ilə birgə Məkkədən qayıdarkən Məkkə ilə Mədinə arasında olan Cüfrə və sonra isti və quru yer olan Qədir-Xum çölünə yetişdilər. Bura dörd yol ayrıcı olduğuna görə, müsəlmanlar bir-birindən ayrılmalı idilər. Onlar bir-birindən ayrılmamış peyğəmbər bütün müsəlmanların dayanmasını əmr etdi. İrəlidə gedənlər geriyə qayıtdı, arxada qalanlar isə gəlib yetişdilər. Hava həddən artıq isti idi, heç bir kölgəlik gözə dəymirdi. Müsəlmanlar günorta namazını peyğəmbərlə birgə qılıb, hərə öz çadırına dincəlməyə getmək istədikdə peyğəmbər onlara əmr etdi ki, dayansınlar. Görünür, çox mühüm bir xəbər var imiş və hamı bu xəbəri dinləməli imiş.
Peyğəmbər üçün dəvələrin kəcavəsindən bir minbər hazırlandı. Peyğəmbər minbərə çıxıb Allaha həmd-səna etdikdən sonra üzünü camaata tutub dedi: «Mən tezliklə sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də. Siz mənim barəmdə necə şəhadət verirsiniz? (Məni necə tanıyırsınız)» Camaat uca səslə dedi: «Biz şəhadət veririk ki, sən öz peyğəmbərlik vəzifəni lazımınca yerinə yetirdin. Bizlərə yalnız xeyirli nəsihətlər etdin və bizim düz yola gəlməyimiz üçün əlindən gələni əsirgəmədin. Allah sənə xeyir versin.» Peyğəmbər buyurdu: «Siz Allahın təkliyinə, mənim peyğəmbər olmağıma, qiyamət gününə və o gün ölülərin diriləcəyinə şəhadət verirsinizmi? (Bunları qəbul edirsinizmi)» Müsəlmanlar hamısı bir ağızdan «Bəli, şəhadət veririk» dedilər. Peyğəmbər buyurdu: «İlahi! Şahid ol (ki, bunlar şəhadət verdilər). Sonra peyğəmbər buyurdu: «Ey camaat! Mənim səsimi eşidirsinizmi?»
Camaat dedi: «Bəli.»
Səhranı sükut bürümüşdü. Səhranın isti küləyindən başqa heç nə eşidilmirdi. Peyğəmbər sözünə davam edib dedi: «Deyin, görüm, məndən sonra sizin aranızda əmanət qoyduğum bu iki şeylə necə rəftar edəcəksiniz?» Bir nəfər yerdən uca səslə qışqırıb dedi: «Ey Allahın rəsulu! Hansı iki şeyi deyirsən?» Peyğəmbər buyurdu: «Biri Quran, ikincisi isə Əhli-Beytimdir. Bunlardan əl çəkməyin. Allah mənə xəbər vermişdi ki, bu iki şey Behiştdə mənimlə birləşənə qədər heç vaxt bir-birindən ayrılmaz. Bu iki şeydən qabağa keçməyin, geri qalmayın, yoxsa həlak olarsınız.» Bu zaman peyğəmbər(s) öz ətrafına göz gəzdirirdi. Elə bil, kimisə axtarırdı. Gözü Əli(ə)-a sataşdıqda əyilib onun əlini tutub o qədər qaldırdı ki, hər ikisinin qoltuğunun altı göründü. Camaat hamısı Əli(ə)-ı görüb tanıdı. Peyğəmbər səsini ucaldıb dedi: «Ey camaat! Sizə özünüzdən də yaxın və mehriban kimdir?» Camaat «Allah və onun Rəsulu daha yaxşı bilər» deyə cavab verdi. Peyğəmbər(s) buyurdu: «Allah mənim mövla və rəhbərim, mən də sizin mövla və rəhbərinizəm. Sizə özünüzdən də yaxın və mehribanam.» Daha sonra əlavə edərək dedi: «Mən hər kimin rəhbəriyəmsə, Əli(ə)-da onun rəhbəridir.»
Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi. Bəzilərinin dediyinə görə isə, cümlə dörd dəfə təkrar edilmişdir.
Peyğəmbər(s) bu cümləni dedikdən sonra üzünü göyə tutub dua etdi: «İlahi! Onunla dostluq edənlərlə sən də dostluq et, onunla düşmən olanlara sən də düşmən ol. Onu sevənləri sən də sev, onunla kin saxlayanları məhv et. Dostlarına kömək et, düşmənlərini isə köməyindən məhrum et. Haqqı həmişə onunla, onu da həmişə haqqla birgə et.»
Sonra Peyğəmbər orada olanların bu xəbəri orada olmayanlara çatdırmasını istədi. Toplanmış insanların sırası dağılmamış Cəbrail nazil olub peyğəmbərə bu ayəni gətirdi: «Bu gün dininizi tamalayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Maidə, 3) Bu zaman peyğəmbər camaata dedi: «Allahu əkbər, Allahu əkbər. Allah bu gün dinimizi kamil edib öz nemətlərini bizə tamam etdi, mənim risalətimdən və Əlinin məndən sonra imam və rəhbər olacağına öz razılığını bildirdi.»
Peyğəmbərin söhbəti başa çatdıqdan sonra camaat arasında səs-küy başladı. Orada olanların hamısı Əli(ə)-ı bu məqama nail olması münasibətilə təbrik edir, ürək sözlərini deyirdilər. O cümlədən, Əbu Bəkr və Ömər camaatın içərisindən irəli çıxıb Əli(ə)-a dedilər: «Eşq olsun sənə, eşq olsun sənə, ey Əbu-Talibin oğlu! Bu gündən mənim və digər mömin kişi və qadınların rəhbəri oldun.»
Bu hədisi bir çox İslam alimləri müxtəlif ifadələrlə öz kitablarında qeyd etmişlər. Bu hədisin peyğəmbərdən söylənilməsin heç kimin şəkk-şübhəsi yoxdur. Bu hədisi mühəqqiq Əllamə Əmini Əl-Qədir kitabında 110 səhabədən və 360 kitab və İslam alimlərindən nəql etmişdir. Sünni alimlərinin tarix, təfsir, hədis kitablarında da bu hədis söylənilmişdir. Hətta bəzi alimlər bu hədis haqqında ayrıca kitab yazmışlar. O cümlədən, Əllamə Əmini Qədir-Xum hədisi barədə ayrıca bir kitab yazmış və həmin kitabda İslam alimlərinin adları çəkilmişdir.
Bu hədisin doğruluğunu inkar edə bilməyən bəzi şəxslər onu imamət məsələsindən başqa məsələyə aid etməyə cəhd göstərmişlər. Buna görə də, hədisdə olan «mövla» sözünü rəhbər mənasına yox, dost mənasında tərcümə və təfsir etmişlər. Lakin hədisin məzmununa nəzər saldıqda, eləcə də hədisin söylənildiyi zaman və məkan şəraitinə diqqət yetirdikdə məlum olur ki, «mövla» sözü imam və rəhbərdən başqa bir şey deyildir. Bunun üçün bir neçə sübut da gətirmək olar:
A)Keçən dərsdə oxuduğumuz «Təbliğ» ayəsi bu hadisədən qabaq nazil olmuşdur və söhbətin adi dostluqdan getmədiyinə şahiddir. Çünki bunun üçün narahatlıq lazım deyil. (Peyğəmbər isə çox narahat idi. Deməli, söhbət dostluqdan getmir.) Digər tərəfdən də «Əlyəvmə əkməltu ləkum dinəkum və...» ayəsinin bu hadisədən sonra nazil olması bir daha sübut edir ki, məsələ dostluq məsələsi yox, imamət kimi çox mühüm bir məsələ imiş.
B)Hədisdən qabaq olan hazırlıqlar, qızmar günəş altında isti səhrada camaatı saxlayıb geniş bir xütbə oxumaq, camaatdan iqrar və etiraf almaq hamısı bizim iddianı isbat edir.
V)Müxtəlif dəstələr və şəxslərdən Əli(ə)-ın ünvanına söylənən təbriklər, yazılan şerlər isbat edir ki, Əli(ə) imamət məqamına nail olmuşdur.

Fikirləşin və cavab verinFikirləşin və cavab verin.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma