Həşaratlarla güllərin dostluğu

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Bahar zamanı hava yavaş-yavaş istiləşdikdə bağlara, yaşıl tarlalara nəzər salsanız, çoxlu həşərat dəstələri,bal arıları, kəpənəklər, milçəklər və digər həşaratlar görəcəksiniz. Bu həşaratlar səssiz-sədasız hər tərəfə uçuşurlar. Bu güldən o birisinə , o birisindən bir başqasına və s. üzərinə qonurlar. Bir budaqdan başqa bir budağa uçurlar.
O qədər çalışırlar ki, elə bil bir başçı onların başının üstünü alıb işləməyə məcbur edir. Onların sarı rəngli gülə bənzər, toza bulaşmış qanad və ayaqları onları iş paltarı geyib calışqanlıqla işlə məşğul olan işçilərə bənzədir.
Doğrudan da bu həşaratlar mühüm bir iş ardıncadırlar. Bu, o qədər əhəmiyyətlidir ki, professor Relion Berten bu barədə deyir: «Həşaratsız bizim meyvə səbətlərimizin boş qalacağını çox az insan bilir.»
Biz isə onun sözlərinə bunu da əlavə edirik: «Bizim bağ-bağcalarımız bu cür vəziyyətdə get-gedə öz xürrəm və abadlığını itirəcəkdir.» Deməli, həşaratlar həqiqətdə meyvə və gül dənələrini yetişdirənlərdir.
Yəqin ki, soruşacaqsınız nə üçün?
Ona görə ki, bitkilərin həyatının ən əsas hissəsi olan tozlanma həşaratların köməyi və vasitəsi ilə həyata keçir. Yəqin ki, bitkilərin də heyvanlar kimi erkək və dişi olduqlarını bilirsiniz. Btikilər arasında (erkək bitki ilə dişi bitki arasında) tozlanma əməliyyatı getməyincə toxum və dən, daha sonra isə meyvə əmələ gəlməyəcəkdir.
İndiyədək bu barədə fikirləşmisinizmi ki, heç bir hissiyat və hərəkətə qadir olmayan bitkilər necə bir-biri ilə əlaqədə olurlar? Erkək bitkinin toxumları dişi bitkinin toxumları ilə necə birləşir?
Bu iş cox vaxt həşaratların öhdəsində olur. Bəzən isə küləyin köməyi ilə bu iş həyata keçir.
Lakin bu iş biz fikirləşdiyimiz kimi sadə deyil. Bu tozlanmanın gözəl və maraqlı bir tarixi vardır. Onun bir hissəsini aşağıda qeyd edirik.
İki qədim və səmimi dost
Təbiətşünasların mütaliələri, araşdırmaları nəticəsində məlum olub ki, bitkilər yeri tanımağın ikinci dövrəsinin ikinci hissəsində əmələ gəliblər. Təəccüblü budur ki, elə həmin dövrdə həşaratlar da peyda olmuşlar. Bu iki məxluq (həşarat və bitki) bütün həyat boyu bir-biri ilə səmimi və vəfalı dost olmuş və bir-birinin həyatda qalmasına qalmasına səbəb olmuşlar.
Bitkilər öz dostlarının məhəbbət və ürəyini ələ almaq ücün özlərində şirə cəmləyirlər. Həşaratlar erkək bitkinin toxumunu dişi bitkinin üzərinə aparıb səpələdikdə həmin şirəni yeyirlər. Bu şirə həşaratlara o qədər ləzzət verir ki, özlərindən asılı olmayaraq bitkilərə tərəf hücum edirlər.
Botaniklərdən bir qismi bu fikirdədirlər ki, gül və bitkilərin rəng və ətri də həşaratları özlərinə cəlb etməkdə böyük rol oynayır. Bal arıları üzərində aparılmış təcrübələr nəticəsində məlum olmuşdur ki, onlar rəngləri tanıyır, ətir və iyi bir-birindən seçə bilirlər.
Əslində, özlərini həşaratlar üçün bəzəyən və ətirləndirən güllərdir. Bu güllər xüsusən zövqlü kəpənək və bal arılarını özlərinə cəlb edirlər. Həşaratlar da güllərin bu dəvətini böyük məmuniyyətlə qəbul edir və tozlanma əməliyyatının başlancığını qoyurlar- güllərin üzərində olan şirəni yeyirlər. Bu şirə həşaratların ən gözəl yeməyi hesab olunur. Bu şirələr bir-birinin üstünə yığılaraq bal əmələ gətirir. Çünki həşaratlar (xüsusən bal arısı) bu şirənin üstünə qonduqda onun az miqdarını yeyir, çox hissəsini isə özləri ilə yuvalarına aparırlar. Uzun sabiqəyə malik olan və iki tərəfin təlabatını ödəyən bu dosluq bitkilərlə həşaratlar arasında həmişə olub və olacaq.
Tövhid dərsi
İnsan bitkilərlə həşaratlar arasında olan dosluq barədə mütaliə etdikdə insanın özündən asılı olmayaraq belə bir sual irəli cıxır: Bitkilərlə həşaratlar arasında bu dosluq əlaqəsini kim yaratmışdır?
Həşaratları özlərinə tərəf cəlb edən şirə, rəng və ətri güllərdə kim xəlq etmişdir?
Hansı varlıq kəpənəklərə, bal arılarına və digər həşaratlara belə incə qanad, ayaq və bədən vermişdir?
Hansı varlıq onlara tozlanma əməliyyatında bitkilərə kömək etməyi öyrətmişdir?
Nə üçün bal arıları bir müddət yalnız müəyyən bir gülün üzərinə qonurlar?
Nə üçün həşəratlarla bitkilərin həyat tarixi bir dövrdə başlaiışdır?
Bu işlərin proqramsız həyata keçdiyini kim qəbul edər?
Təbiətin şüursuz qanunları özü-özünə bu cür gözəl mənzərələri yarada bilərmi?
 Bu iş əsla ola bilməz.
Quran bu barədə buyurur: «Rəbbin bal arısına belə vəhy (təlqin etdi:) Dalğalarda, ağaclarda və insanların qurduğu yerlərdə (evlərin damında, üzümlüklərdə) özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get.» (Nəhl, 68,69.)

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma