İmamın xüsusi şəraiti və sifətləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Bu bəhsi başlamazdan qabaq bir məsələni bilməliyik. O məsələ budur: Qurani-Məciddən məlum olur ki, imamət məqamı bir şəxsin çata biləcəyi ən yüksək məqamdır. Hətta nübuvvət məqamından da üstündür. Çünki İbrahim peyğəmbərin əhvalatında deyilir: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm» dedi. İbrahim isə «nəslimdən necə?» deyə soruşdu. Allah (onun cavabında): «(Sənin nəslindən olan) Zalımlar mənim imamlıq rütbəmə nail ola bilməzlər.»buyurdu.» (Bəqərə, 124). Beləliklə də, İbrahim(ə) nübuvət, peyğəmbərlik məqamına çatdıqdan və Allahın imtahanlarından başı uca çıxdıqdan sonra imamət məqamına nail olur və camaatın zahiri, batini, maddi və mənəvi rəhbərçiliyini öhdəsinə götürür.
İslam peyğəmbəri də nübuvvət məqamından əlavə camaatın rəhbərliyini (imaməti) də öhdəsinə götürmüşdü. Digər tərəfdən, bilirik ki, bir məqama nail olmaq üçün lazım olan şərait, sifət və xüsusiyyətlər həmin məqama münasib və uyğun olmalıdır. Yəni, məqam və rütbə nə qədər uca və məsuliyyətlər nə qədər ağır olarsa, lazım olan xüsusiyyətlər də bir o qədər çətin olacaqdır. Məsələn, İslamda məhkəmə işi aparan hakim və ya camaat namazına başçılıq edən şəxs ədalətli olmalıdır. Bir məhkəmə işi aparmaq və ya bir neçə rükət camaat namazı qılmaq üçün ədalət lazımdırsa, görün o böyüklükdə imamət məqamını öhdəsinə götürən şəxs hansı xüsusiyyətlərə malik olmadıdır?
Bu baxımdan imam olan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1)Günah və səhvdən məsum olmaq
İmam da peyğəmbər kimi məsum olmalıdır. Əks təqdirdə camaatın etimadını qazana bilməz və onlara rəhbər, örnək, nümunə ola bilməz. İmam camaatın qəlbində rəğbət qazanmalıdır. Dediyi sözləri camaat sorğu-sualsız qəbul etməlidir. Günah işlətmiş şəxs heç vaxt camaatın rəğbətini qazana bilməz. Özünün gündəlik işlərində səhvə yol verən şəxs cəmiyyətin işlərini səhvsiz necə qabağa apara bilər? Camaat onun dediklərini sorğu-sualsız necə qəbul edər?
Şübhəsiz ki, peyğəmbər məsum olmalıdır və buna heç kimin şəkki yoxdur. İmam da yuxarıda dediyimizə əsasən məsum olmalıdır.
Bu məsələni başqa bir yolla da isbat etmək olar. O da ötən dərslərdə dediyimz «lütf qaydası» dır. Peyğəmbər və imamın varlığı bu qaydaya əsasən olduğu kimi, məsumluğu da bu qaydaya əsasəndir. Səbəbi də budur ki, peyğəmbər və imamların qarşıya qoyduğu məqsədlər yalnız məsum olmaqla təmin olunur və ötən dərslərdə peyğəmbər və imamların varlığının fəlsəfəsinə dair dediklərimiz məsumluq şərti ilə kamil olur.
2)Sonsuz elm
İmam da peyğəmbər kimi camaatın elm mənbəyidir. O, dinin əsas və füruatından (fəri məsələlər), Quranın zahir və batinindən, peyğəmbərin sünnəsindən və dinə aid olan bütün məsələlərdən xəbərdar olmalıdır. O, şəriətin gözətçisi, camaatın rəhbəridir. Çətin məsələlərlə üzləşdikdə başqalarından kömək istəyən, elmləri İslam cəmiyyətinin ehtiyaclarını ödəməyən insanlar imamət məqamını öhdələrinə götürə bilməzlər. (Heç buna ixtiyarları da çatmır.) Bir sözlə, imam dini məsələləri bütün camaatdan yaxşı bilməlidir. Peyğəmbərin vəfatından sonra əmələ gələn boşluğu doldurmalı və həqiqi İslamı mövhumatdan qoruyub saxlamalıdır.
3)Şücaət
İmam cəmiyyətin ən şücaətli şəxsi olmalıdır. Şücaətsiz rəhbərlik etmək mümkün deyil. İmam şücaətlə çətinliklərin, zalımların, daxili və xarici düşmənlərin qarşısında durmalıdır.
4)Təqva
Dünya malının aşiqi olanlar tez allanırlar. Onların haqq yoldan dönmə ehtimalı böyükdür. Bu cür insanları bəzən dünya malı ilə şirnikdirmək, bəzən də qorxutmaq vasitəsi ilə yoldan çıxarırlar.
İmam dünya malının əsiri yox, əmiri (şah) olmalıdır. O, dünya malına aldanmamalı və İslama zidd olan dəvətlərə uymamalıdır. Buna görə də o, gərək, nəfsə tabe olmasın və dünya malında gözü olmasın.
5)Əxlaqi cazibə
Quran peyğəmbər(s) barədə buyurur: «(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.» (Ali-İmran, 159). Camaatla qaba, sərt ürəkli rəftar etmək onların pərakəndəliyinə səbəb olmaqdan əlavə, peyğəmbər və imam üçün böyük bir eybdir. Şübhəsiz ki, onlar bu eybdən uzaqdırlar.
Bu xüsusiyyətlər böyük alimlərin imamlar üçün qeyd etdikləri əsas şərtlərdir. Əlbəttə, bu beş xüsusiyyətdən əlavə şərtlər də var. Lakin bu beş şərt onların ən əsaslardır.

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma