İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


1.Bütün insanların vicdanı məcburiyyəti inkar edir
Alimlər, filosoflar insanın iradəcə azad və ixtiyar sahibi olması barədə çoxlu mübahisələr etmiş və bu məsələ də bir çox sübut və dəlillər gətirmişlər. Biz isə bu barədə ətraflı danışmayacağıq. Yalnız iradə azadlığı üçün gətirilmiş ən aydın və aşkar dəlili oxucuların nəzərinə çatdırırıq. O dəlil insanların öz vicdanıdır.
İzah: İnsanlar nəyi inkar etsələr də, bir həqiqəti inkar etmirlər. Bu, cəmiyyət də qanunnun olmalı olduğu həqiqətidir. İstər mömin, istərsə də materialist, şərqli,qərbli, keçmiş, indiki, varlı, kasıb - hamısı deyir ki, insanlar arasında qanun hökmranlıq etməlidir. İnsanlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. Kim qanundan kənar hərəkət edərsə, cəzalandırılmalıdır.
Bir sözlə, qanunun aliliyi, insanların qanun qarşısında məsuliyyət daşımaları və eləcə də qanunu pozanın cəzalandırılması bütün insanların qəbul etdiyi bir məsələdir. Yalnız keçmişdə yaşamış vəhşi qəbilə və tayfalar bu üç məsələni rəsmi olaraq qəbul etmirdilər.
İnsanların ümumi vicdanı adlandırdığımız bu məsələ insan iradəsinin azadlığına olan ən aşkar dəlildir. Necə inanmaq olar ki, insan öz iradə və rəftarında məcbur olsun və heç bir ixtiyar sahibi olmasın, eyni zamanda, qanun qarşısında məsuliyyət daşısın və qanunu pozarsa, onu məhkəməyə çəkib sorğu-suala etsinlər, cinayəti sübuta yetdikdən sonra onu zindana salsınlar, yaxud edama məhkum etsinlər? (Əgər insan rəftarında məcburdursa, o zaman bu işlərin heç birinin mənası olmayacaq). Bu bəzən dağdan yollara tökülüb insanlara zərər yetirən daş parçalarını tutub mühakimə etməyə bənzəyər. Düzdür, zahirdə bir insanla daş parcası arasında fərq var ancaq, əgər insanın iradə azadlığını danırıqsa, onda bu zahiri fərqin heç bir mənası qalmayacaq. Hər ikisi məcburiyyət üzündən hərəkətə gəlmiş və cəmiyyətə müəyyən ziyan vurmuşlar. (Biri dağdan aşağı enib bir nəfəri öldürüb, biri də silahla birini vurub öldürüb.)
«Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların fikrincə, bu iki işin nəticəsində heç bir fərq yoxdur, heç biri öz iradəsi ilə iş görməmişdir. Onda nə üçün biri (insan) mühakimə olunmalı, digəri (daş parcası) isə mühakimə olunmamalıdır?
Belə bir mövqedə insan iki yol ayrıcında durur: ya gərək bütün insanların vicdanı ilə qoyulmuş qanunu pozaraq bütün məhkəmələri ləğv etsin, ya da «məcburiyyət» nəzəriyyəsini inkar etsin.
Şübhəsiz ki, ikinci yol daha üstündür.
Təəccüblü budur ki, həyatta məcburiyyət əqidəsində olanların özləri də həyatda və əməldə qanundan, məhkəmədən və əsl azadlıqdan dəm vururlar. Əgər bir nəfər onlara qarşı kobud və nalayiq hərəkət edərsə, onu məhkəməyə verirlər. Müttəhimi cəzalandırmayınca, sakit olmurlar.
Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə mənası var?
İnsanların bu ümumi vicdanı sübut və şahiddir ki, bütün insanlar öz batinlərində azad olduqlarını qəbul etmişlər və buna əmindirlər. Həmişə öz azadlıqlarına vəfadar olmuş, hətta bir gün olsun belə bu əqidədən dönməmişlər. İnsanlar bilirlər ki, bu əqidəsiz yaşamaq, şəxsi və ictimai müşkülləri həll etmək qeyri mümkündür.
İslamın böyük alimi, filosofu Xacə Nəsrəddin Tusi bu məsələni məcburiyyət və ixtiyar barədə yazdığı kitabda çox gözəl bir ifadə ilə bəyan etmişdir: «Bizim öz vicdanımız şahiddir ki, bizim bütün işlərimiz özümüzə aiddir.»
2)Din və məzhəb məcburiyyətlə ziddir:
Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət etməyən olmasın heç bir fərqi yoxdur.
Məcburiyyət nəzəriyyəsi vicdanla olduğu kimi, din və məzhəblə də müxalif və ziddir. Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi ilə uyğun gələ bilməz. Əgər bu nəzəriyyə qəbul edilərsə, onda dinin əsasları, proqramları çətinliklə üzləşər. Allahın keçən dərslərdə sübuta yetirilmiş ədaləti ilə məcburiyyət nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin, əməl dəftəri, qiyamət gününün hesab kitabı, Quran ayələrində günahkarlara vəd olunmuş əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən bir iş gələr. Bunlardan əlavə, biz din və məzhəbin ilkin mərhələlərində «məsuliyyət»lə üzləşirik. Hər bir insanın din qarşısında məsuliyyət daşıdığını görürük. Əgər insanlar öz iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar? Əli özündən ixtiyarsız əsən şəxsə «əlini tərpətmə» deyə bilərikmi? Yaxud enişdən aşağı gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl-möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin və şeytan hizbinin (partiyasının) əqidəsidir.
Həzrət Əli (ə)-ın hədisinin ibarəsi belədir «Bu əqidə bütpərəstlərin, Allah düşmənlərinin və şeytan yolunda olanların əqidəsidir.» (Üsuli-kafi. 1-ci cild, səh.119.)

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma