Quran və çağdaş dövrün nailiyyətləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinYerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi


Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir.
Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına malikdir.
Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm» bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq.
İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq.
Quran və cazibə qanunu
Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.»
Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi.
Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu yoldan çıxmır?
Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.»
Bu ayə barədə imam Rza(ə)-dan söylənilən hədisdə oxuyuruq: (İmam Rza(ə) üzünü rəvayət söyləyənə tutub xitab etdi:) «Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir? «Rəvayət söyləyən cavab verdi: «Bəli, deyir. İmam buyurdu: «Deməli sütunlar var, lakin siz onları görmürsünüz.»
Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün «gözə görünməz sütun» sözündən daha yaxşı nə ifadə var? (Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.)
Həzrət Əli(ə)-dan söylənilən hədisdə oxuyuruq: «Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə (bir ulduz digər ulduzla) nurdan olan bir sütunla birləşmişdir.»
Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyildir.

Fikirləşin və cavab verinYerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma