«Səqələyn» və «Nuhun gəmisi» hədisləri

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin

«Səqələyn» hədisinin sənədi
Şiə və sünni alimlərinin məşhur hesab etdikləri hədislərdən biri də «Səqələyn» (iki böyük əmanət) hədisidir. Bu hədisi səhabələrin bir dəstəsi bilavasitə peyğəmbərin özündən rəvayət etmişdir. Bəzi alimlərin dediyinə görə, bu hədisi otuz nəfər ravi nəql etmişdir. Bir çox təfsirçi, tarixçi və hədis yazanlar bu hədisi öz kitablarında qeyd etmişlər. Buna görə də, bu hədisin məşhurluğuna heç kimin şübhəsi yoxdur. Böyük alim Seyyid Haşim Bəhrani «Qayətül-məram» kitabında bu hədisi otuz doqquz sünni və səksən şiə alimindən söyləmişdir. Başqa bir alim Mir Hamid Hüseyn Hindi isə bir az da çox təhqiqat aparmış və bu hədisi iki yüz sünni alimindən rəvayət etmişdir. O, bu hədis barədə təhqiqatı altı cildli kitabda toplamışdır. Bu hədisi söyləmiş məşhur şəxsiyyət və səhabələrdən Əbu Səid Xidri, Əbuzər Qəffari, Zeyd ibn Ərqəm, Zeyd ibn Sabit, Əbu Rafi, Cübeyr ibn Mütim, Xüdeyfə, Zümrə Əsləmi, Cabir ibn Abdullah Ənsari və Ümmü Sələmə (Peyğəmbərin həyat yoldaşlarından biri) kimilərini nümunə göstərmək olar.
Əbuzər Qəffarinin dediyinə əsasən, hədis belədir: Əbuzər Kəbənin qapısından yapışıb üzünü camaata tutaraq xitab etdi: Mən Peyğəmbərin bu cür dediyini eşitdim: «Mən sizin aranızda iki böyük əmanət və yadigarımı qoyub gedirəm. Biri Quran, digəri isə Əhli-beytimdir. Bu iki şey Cənnətdə Kövsər bulağının başında mənə qovuşmayınca bir-birindən ayrılmayacaqlar.» (Görüm, mənim əmanətimlə necə rəftar edəcəksiniz?)
Bu hədis sünnilərin ən məşhur kitablarında da rəvayət olunmuşdur. Məsələn, Tirmizinin sünəni, Nisainin sünəni, Əhmədin müsnədi, Kənzul-ummal və s.
Bu hədisi qeyd etmiş kitabların əksəriyyətində «səqələyn», yəni, «iki dəyərli şey» sözündən istifadə olunub. Bəzi kitablar da var ki, «səqələyn» sözünü «xəlifətəyn», yəni, «iki xəlifə» sözü ilə əvəz edir. Əlbəttə, bu iki sözün arasında məna cəhətdən heç bir fərq yoxdur.
Təəccüblü budur ki, bu hədisi peyğəmbər bir neçə yerdə söyləmişdir. Cabir ibn Abdullah Ənsarinin dediyindən məlum olur ki, peyğəmbər bu hədisi Həcc ziyarətində olarkən Ərəfə günü5 söyləmişdir. Abdullah ibn Həntəbin dediyindən məlum olur ki, bu hədis Cühfə məntəqəsində deyilmişdir. Ümmü Sələmənin rəvayətindən məlum olur ki, peyğəmbər bu hədisi Qədir-Xumda bəyan etmişdir. Bəzi rəvayətlərdə peyğəmbərin bu hədisi Mədinədə minbərdə olarkən bəyan etdiyi söylənilir. Sünni məzhəbinin görkəmli alimlərindən olan İbn Həcər «Səvaiqul-muhriqəh» kitabında yazır ki, peyğəmbər bu hədisi deyib qurtardıqdan sonra Əli(ə)-ın əlini tutub göyə qaldıraraq buyurdu: «Bu Əli həmişə Quranla, Quran da həmişə onunladır. Kövsər bulağının başında (Cənnətdə) mənə qovuşmayınca bir-birindən ayrılmazlar1.»
Beləliklə də məlum olur ki, Peyğəmbər(s) bu məsələni bir əsas və əsl hesab edərək həmişə ona toxunurdu. Fürsət düşən kimi, bu məsələni ortaya atır və bununla da onu yaddan çıxarmağa qoymurdu.
«Səqələyn» hədisinin əhatə dairəsi
Burada bir neçə məsələ diqqəti cəlb edir:
1)Quran və Əhli-beytin iki xəlifə və yaxud iki bahalı şey adlandırılmasından məlum olur ki, müsəlmanlar heç vaxt bu iki şeydən əl çəkməməlidirlər. Xüsusən, bəzi rəvayətlərdə gəlmiş «bu iki şeydən əl çəkməsəniz, heç vaxt yolunuzdan azmazsınız» kimi ifadələr bu həqiqəti bir az da qabardır.
2)Quranın Əhli-beytlə və Əhli-beytin də Quranla birgə deyilməsi isbat edir ki, Quran səhvdən uzaq olub məsum olduğu kimi, Əhli-beyt də səhvsiz və məsumdur.
3)Bəzi rəvayətlərdə peyğəmbərin camaata «mən qiyamət günü bu iki şey haqqında sizdən sual edəcəyəm, görüm, onlarla necə rəftar etmisiniz» dediyi söylənilir.
4)Əhli-beyti necə təfsir ediriksə, edək, Əli(ə) onun ən aşkar bir nümunəsi olacaq. Bəzi rəvayətlərə görə o heç vaxt Qurandan, Quran da ondan ayrılmadı.
Bundan əlavə, bir çox rəvayətlərdə gəlmişdir ki, peyğəmbər «Mübahilə»1 ayəsi nazil olduqda Əli, Fatimə, Həsən və Hüseyni yanına alıb «bunlar mənim Əhli-beytimdir» deyə buyurmuşdur.
5)Qiyamətin bir çox məsələlərinin bu dünyada bizlər üçün məlum olmasına baxmayaraq, bir çox hədislərdən məlumdur ki, Cənnətdə olan Kövsər bulağı doğru möminlərlə, Peyğəmbər və Əhli-beytə məxsusdur.
Dediklərimizdən məlum olur ki, müsəlmanların Peyğəmbərdən sonrakı rəhbəri Əli(ə), ondan sonra isə Əhli-Beytdən olan digər on bir imamdır.
«Nuhun gəmisi» hədisi
«Nuhun gəmisi» ləqəbi ilə məşhur olan hədis peyğəmbərin şiə və sünni kitablarında gəlmiş gözəl ifadələrindən biridir.
Əbuzər Qəffari deyir: «Peyğəmbər buyurdu: «Mənim sizin aranızda olan Əhli-beytim Nuh peyğəmbərin gəmisinə bənzəyir. Hər kəs o gəmiyə minərsə, nicat tapar, kim də ona minməzsə, boğular.» (Yəni, kim Əhli-Beytimin yolunu getsə, səadətə, kim getməsə, azğınlığa yetişər.)
Nuhun gəmisi tufan baş verən zaman tək pənah yeri olduğu kimi, peyğəmbərdən sonra baş verən (mənəvi) tufanlardan pənah aparılan yer də yalnız onun Əhli-beytidir.

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma