Məad fitrət təcəllisində

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin


Deyirlər, Allahı tanıma insanın fitrətindədir. Əgər insanın batininə nəzər yetirsək, onda təbiətin fövqündə olan bir varlığa (Allaha) iman əqidəsini görə bilərik. Bu əqidə dünyanın elm, hədəf və proqramı əsasında əmələ gəlmişdir. Lakin bu məsələ, təkcə tövhid və Allahı tanıma bəhsinə aid deyil. Dinin bütün üsul və füruatı fitrət əsasında olmalıdır. Əks təqdirdə, təşri aləmi ilə təkvin aləmi arasında uyğunluq olmaz (Diqqət edin). Əgər qəlb və ruhumuzun dərinliklərindən gələn səsə qulaq assaq, «həyat ölümlə sona yetmir, əksinə, ölüm əbədi dünya və həyata açılmış bir pəncərədir» ifadəsini eşidərik. Bunu anlamaq üçün aşağıdakı məsələlərə diqqət etməliyik.
1.İnsanın bəqaya olan eşqi
Əgər insan fani və heç olub getmək üçün yaranmışdırsa, onda gərək, fənanın aşiqi olsun, ömrünün sonunda onu yaxalayan ölümdən ləzzət alsın. Lakin görürük ki, (heç olmaq mənasına olan) ölümdən insanın nəinki xoşu gəlmir, hətta bacardığı qədər ondan qaçır. Onun dirilik suyu və ömrü uzadan digər şeylərin ardınca getməsi buna bir sübutdur. İnsanın bəqaya olan eşqindən məlum olur ki, biz bəqa üçün yaranmışıq. Əgər fəna üçün yaradılsaydıq, onda bəqaya olan bu eşq mənasız olardı.[3] İnsanda olan eşqlər onun vücudunu tamamlayır. Bəqaya olan eşq də vücudu tamamlayan eşqlərdən biridir.
Bunu da bilməlisiniz ki, biz məad bəhsini Allahın varlığını qəbul etdikdən sonra izləyirik. Biz bu əqidədəyik ki, Allah insanda hər nə xəlq etmişdirsə, hamısı hikmət üzündəndir. Hamısının ayrıca hesabı vardır. Bu səbəbdən, bəqaya olan eşq də hikmət və hesab üzündəndir. Bu hikmət də bu dünyadan sonrakı bir dünyanın olacağından başqa heç bir şey ola bilməz.
2.Keçmiş nəsillərin qiyamətə olan etiqad
Tarix göstərir ki, keçmiş nəsillərin hamısının özünəməxsus məzhəbi olmuşdur. Eləcə də sübutlar göstərir ki, insanlar arasında məad və qiyamətə etiqad lap qədim zamanlardan olmuşdur. Keçmiş nəsillərdən qalan əsərlər, xüsusən, onların ölüləri dəfn etməsi, qəbirləri düzəltməsi və bu kimi işləri onların ölümdən sonrakı həyata olan etiqadlarından xəbər verir. Bəşər arasında ilk günlərdən meydana çıxmış bu əqidəni sadə, adi və fanatik bir şey hesab etmək olmaz.
Əgər bir əqidə bütün insanlar arasında vardırsa, onun fitri olduğunu qəbul etməliyik. Çünki təkcə fitrət zaman və ictimai dəyişikliklərə sinə gərib olduğu kimi qala bilər. Adət, ənənə və fanatikalar zaman keçdikcə qüvvədən düşür, mahiyyətini itirirlər. Məsələn, bir cür paltar geyinmək bir zaman adət və dəbdirsə, bir müddət keçdikdən sonra qüvvədən düşür. Lakin ananın balasına olan məhəbbəti fitri bir işdir. Nə qədər zaman keçsə də, yenə bu məhəbbət olduğu kimi qalacaq və heç bir ana öz balasına qarşı laqeydlik etməyəcək. Bu cür olan hər bir əlaqə özünün fitri olduğunu göstərir.
«Alimlərin dəqiq araşdırmalarından məlum olur ki, bəşəriyyətin ilkin tayfalarının da məzhəbi olmuşdur. Çünki onlar ölülərini məxsus şəkildə dəfn edir, ölünün iş alətlərini onun yanında qoymaqla ölümdən sonrakı aləmə olan əqidələrini ifadə edirlər.» ifadəsi bizə bildirir ki, keçmiş nəsillər arasında da ölümdən sonrakı həyata inam olmuşdur. Düzdür, onların sonrakı aləmi elə bu aləm kimi təsəvvür etmələri səhvdir, lakin yenə də, onlar ölümdən sonrakı həyata inanırdılar.
3.Batinimizdə olan vicdan məhkəməsi məadın fitri olduğuna
daha bir sübutdur

Keçən dərsdə dediyimiz kimi, bizim batinimizdə əməllərimizə nəzarət edən bir məhkəmə vardır. Bu məhkəmə yaxşı əməllər qarşısında insanı təşviq edərək onu elə rahat edir ki, bunu dildə bəyan etmək mümkün deyil. Eləcə də, pis işlər, xüsusən böyük günahlar qarşısında insanı elə tənqid edib cəzalandırır ki, yaşamaq insana acı gəlir.
Dəfələrlə müşahidə edilmişdir ki, cinayət törədib qaçan şəxslər nəhayət gəlib özlərini məhkəməyə təslim etmişlər. Bunu vicdan əzabından xilas olmaq üçün etmişlər.
İnsan batinində belə bir məhkəməni müşahidə etdikdən sonra özünə sual verir: necə ola bilər, mən kiçilikdə bir varlıqda belə bir məhkəmə olsun, lakin bu böyüklükdə aləmdə bu cür bir məhkəmə olmasın?
Beləliklə də məad və ölümdən sonrakı həyatın fitri olması üç yolla sübuta yetir: Bəqaya olan eşq yolu ilə, keçmiş nəsillər arasında qiyamətə etiqadın olması və onun kiçik bir nümunəsinin öz batinimizdə olması yolu ilə.

 

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma