İslam peyğəmbərinin xatəmiyyəti Xatəmiyyətin dəqiq mənası

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verin Fikirləşin və cavab verin.


İslam peyğəmbəri Həzrət Məhəmməd(s) Allah peyğəmbərlərinin sonuncusudur. Nübüvvət və peyğəmbərlik silsiləsi onunla başa çatır. Bu məsələyə (Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğuna) etiqad bağlamağın İslam dininin vacib əməllərindən biri hesab olunmasının mənası budur ki, müsəlmanların cərgəsinə qoşullan hər bir kəs bu məsələnin müsəlmanların əqidəsində əsas inamlardan biri olduğunu anlayacaqdır. Yəni, müsəlmanlar tövhid məsələsində təkid etdikləri kimi, İslam peyğəmbərinin xatəmiyyətində də təkid edirlər. Müsəlmanların hamısı (istər sünni, istər şiə) bu məsələdə bir-biri ilə razılaşırlar və heç kim bu barədə ixtilaf da deyil. Əslində, bəşəriyyət öz təkamül prosesini bir-birinin ardınca peyğəmbərlərin gəlməsi ilə müxtəlif mərhələlərə çatdırmış və sonuncu peyğəmbərin gəlişi ilə elə bir mərhələyə qədəm qoymuşdur ki, artıq özü-özünü idarə etməyə qüdrəti çatır. Yəni, İslamın geniş və doğru təlim-tərbiyəsi ilə öz çətinlik və müşküllərini aradan qaldıra bilir. Başqa sözlə, İslam bəşəriyyətin sonuncu və təkamül yolunda onu hədəfə çatdıra bilən qanunudur, etiqad nöqteyi-nəzərindən ən kamil dini baxışı əhatə edən və hər bir zaman insan ehtiyacları ilə uyğun gələn bir dindir.
Məhəmməd(s)-in xatəmiyyətinin sübutu
Bu iddianı sübuta yetirmək üçün çoxlu sübut və dəlillər var. Aşağıdakı üç dəlil isə onların ən aydınıdır.
1.Bu məsələnin dinin vacib yönlərindən biri olması, yuxarıda dediyimiz kimi, bütün dünya müsəlmanlarının qəbul etdiyi bir şeydir. Əgər bir nəfər məntiq, dəlil və əql vasitəsi ilə islam dinini qəbul edərsə, gərək, bu dinin banisi olan Həzrət Məhəmməd(s)-in peyğəmbərlərin sonuncusu olduğunu da qəbul etsin. Çünki ötən dərslərdə İslam dininin haqq olduğunu kifayət qədər sübutlarla isbat etmişdik. Deməli, İslamın əsaslarından biri olan peyğəmbərin xatəmiyyət məsələsini də qəbul etməliyik.
2.Quran ayələri də Məhəmməd(s)-in sonuncu peyğəmbər olduğunu bəyan edir: «Məhəmməd(s) aranızdakı kişilərdən heç birinin atası deyil (Oğul odur ki, kişinin öz belindən gələ!). Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur.» (Əzhab, 40).
Bu ayə ərəblər arasında birini oğulluğa götürmək məsələsi adət olan zaman nazil olmuşdur. Ərəblər başqa ata-anadan olan bir nəfəri özləri üçün oğulluğa götürüb, onu öz ailə üzvləri kimi hesab edir, evdəkilərlə məhrəm olub biri-birinə (öldükdən sonra) varis olurdular.
İslam gələrək Cahiliyət dövrünün bu adətini aradan qaldırdı. İslam (bu ayə) bildirdi ki, oğulluğa götürülmüş şəxslər həqiqi oğlun (insanın öz belindən gələn oğlun) şəri və hüquqi qanunlarına aid deyillər. Bu ayə Peyğəmbərin oğulluğa götürdüyü Zeyd adlı bir nəfərə də şamil olurdu. Ayə buyurur ki, siz ərəblər Peyğəmbəri filankəsin (Zeydin) atası adlandırmaqdansa, onu Allahın elçisi və peyğəmbərlərin sonuncusu adlandırın.
Bu ayədən məlum olur ki, İslam peyğəmbərinin risaləti hamıya məlum olduğu kimi, onun xatəmiyyəti də hamı üçün məlumdur. Burada təkcə bir sual qalır ki: «xatəm» sözünün əsl mənası nədir?
«Xatəm» kəlməsi «xətm» sözündən götürülmüş və qurtaran, başa çatdıran mənasındadır. Məsələn, məktubun axırına vurulmuş möhrü xatəm adlandırılar. Çünki o möhür məktubu başa çatdırır.
Ərəb dilində üzüyə də xatəm deyirlər. Səbəbi də budur ki, o vaxt üzüyün qaşı üzərinə ad, söz və s. yazıb möhür əvəzinə istifadə edərdilər. Bir nəfər məktub yazıb qurtardıqda öz üzüyü ilə onu möhürləyərdi.
İslam hədislərindən peyğəmbər(s) şah, hakim və imperatorlara məktub yazıb onları İslama dəvət etmək istədikdə səhabələrinin ona belə dedikləri məlumdur: «Əcəmlərdə belə adətdir ki, möhürsüz məktubu qəbul etmirlər». (Peyğəmbər o vaxtadək bütün məktublarını sadə və möhürsüz yazardı). O, əmr etdi ki, onun üçün bir üzük düzəldilib qaşı üzərinə «La ilahə illəllah, Muhəmmədun rəsulullah» həkk olunsun. Bundan sonra peyğəmbər bütün məktublarını həmin üzüklə möhürləyirdi.
Deməli, xatəm sözünün əsl mənası sona yetirən və qurtaran deməkdir.
3.Hədislərin bir çoxu da İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğunu vurğulayır. Buna aid aşağıdakı hədisləri nümunə göstərmək olar.
A)Cabir ibn Ənsarinin peyğəmbərdən söylədiyi mötəbər hədisdə deyilir: «Peyğəmbər camaata deyir: Mənim peyğəmbərlər arasında misalım bir evin tikilib qurtarması və təkcə bir daşın yerinin boş qalmasına bənzəyir. Hər kim o evə girsə, baxıb deyəcək, nə gözəl evdir, heyf ki, bir daşı çatmır. Mən həmin boş qalan yeri dolduran daşa bənzəyirəm və bütün peyğəmbərlər mənimlə xətm olunurlar. (Məcməül-bəyan təfsiri).
B)İmam Sadiq(ə) buyurur: Yəni, «Məhəmməd(s)-in halal etdiyi şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər də qiyamətə qədər haramdır.»
V)Şiə və sünnilərin peyğəmbərdən söylədiyi məşhur hədisdə oxuyuruq: Peyğəmbər Əli(ə)-a buyurmuşdur: «Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq.»
İslam peyğəmbərinin xatəmiyyəti barədə diqqəti cəlb edən bir neçə sual vardır. Onları sizin nəzərinizə çatdırırıq.
1.Bəzi insanlar deyirlər ki, əgər peyğəmbər Allah tərəfindən göndərilən lütf, mərhəmət və feyzdirsə, bəs, nə üçün bizim zəmanənin insanları bu lütf və mərhəmətdən məhrum olmalıdır? Nə üçün indiki əsrin camaatına hidayət etmək üçün peyğəmbər gəlməməlidir? Bu sualı verən şəxslər bir məsələyə diqqət etməmişlər. O da budur ki, bizim əsrin peyğəmbərdən məhrum olmasının səbəbi insanların ona layiq olmamaları deyil. Bizim əsr üçün peyğəmbər göndərilməməsinin səbəbi budur ki, artıq bəşər təfəkkür və bilik cəhətdən o dərəcəyə yetişib ki, İslam peyğəmbərinin qayda –qanununa riayət etməklə öz yollarına davam edə bilərlər və yeni bir peyğəmbərin gəlməsinə ehtiyac yoxdur. Yaxşı olar ki, bu məsələni düzgün anlamaq üçün belə bir misala diqqət edək: Ülul-əzm, yəni, yeni din, yeni şəriət və səmavi kitab sahibi olan (eləcə də risalətləri ümumdünya risaləti olan) peyğəmbərlər beş nəfər olmuşlar. Nuh(ə), İbrahim(ə), Musa(ə), İsa(ə), və Muhəmməd(s). Bu peyğəmbərlərin hər biri müxtəlif dövrlərdə insanları hidayət etməyə çalışmışlar. Bəşər karvanını bir mərhələdən keçirib digər mərhələyə, o biri ülul-əzm peyğəmbərə çatdırmışlar. Nəhayət, bu karvan son mərhələyə yetişərək öz yolunu tapdı, artıq özü bu yolda hərəkət etmək qüdrətinə malik oldu. Bu karvanın işi eynilə ibtidai, sonra orta, daha sonra isə ali məktəbdə təhsil alan tələbənin işinə bənzəyir. Əvvəl elmlə ibtidai şəkildə tanış olduqdan sonra orta həddə təhsil alaraq elmini başa çatdırır. Əgər bir həkim məktəb və ya universitetə getmirsə, bu, onun ləyaqətinin olmadığı mənasına gəlməz. Əksinə, bunun səbəbi onun əldə etdiyi məlumatları ilə öz elmi çətinliklərini həll etməyə qadir olmasıdır.
2.Dünya ictimaiyyətinin vəziyyətinin zaman keçdikcə dəyişdiyini nəzərə alsaq, İslamın sabit qanunları insan ehtiyacların necə ödəyə bilər?
Bu sualın cavabında deyirik: İslamın iki cür qanunları var; 1. Bir sıra sabit və dəyişilməz qanunlar. Məsələn, tövhid, ədalət, zülm və haqsızlıqla mübarizə və s. 2.Ümumi və mövzuların dəyişilməsi ilə dəyişən qanunlar. Yəni, zaman dəyişdikcə qanun da zamana uyğun olur. Bu cür qanunlar həmişə insan ehtiyaclarını ödəməyə qadirdilər. Məsələn, İslamda yəni, «əhdlərinizə vəfa edib sadiq qalın» kimi ümumi bir qayda var. Şübhəsiz ki, zaman ötdükcə faydalı olan yeni ictimai, ticari, siyasi əhdlər bağlanır. İnsan yuxarıda deyilən ümumi qaydanı əlində əsas tutaraq bu əhdlərə, müqavilələrə vəfa edib sadiq qala bilər. Yaxud şəriətdə «zərərsiz qayda» adlı ümumi bir qanun var. Bu qanunla insan cəmiyyətin zərərinə olan bütün işlərin qarşısını ala bilər. Görün, İslamın bu ümumi qaydası nə qədər çətinliyi aradan qaldırır! Bu cür qaydalara İslamda çox rast gəlmək olar.

 

Fikirləşin və cavab verin Fikirləşin və cavab verin.
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma