İslam peyğəmbərinin haqq olduğuna aid daha bir dəlil

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Gənclər üçün üsuliddin haqqinda 50 dərs
Fikirləşin və cavab verinFikirləşin və cavab verin

Peyğəmbərlik iddiası edən şəxsin doğru, yaxud yalan deyib-demədiyini bilmək üçün ondan möcüzə tələb etməkdən başqa, bir yol da vardır. Bu yolun özü onun doğru deyib-demədiyinə canlı bir sübutdur. O yol budur ki, onun aşağıda deyilən xüsusiyyətlərini diqqətlə araşdırıb nəzərdən keçirək:
1.Onun əxlaqi xüsusiyyətləri və ictimai keçmişi.
2.Peyğəmbərlik iddiası olan mühitin şəraiti.
3.Zaman şəraiti.
4.İddianın əhatə etdiyi dairə.
5.İcra olunacaq proqramlar və hədəfə yetişmək üçün lazımi vasitələr.
6.İddianın mühitə etdiyi təsirlər.
7.İddiaçının hədəfə yetişməsində göstərdiyi çalışqanlıq, fədakarlıq və iman.
8.Azğın təkliflərlə uyğun olmaması.
9.Ümumi təfəkkürdə dəvətin təsirinin sürəti.
10.İddianı qəbul edənləri araşdırıb hansı dəstə və siniflərdən olduqlarını öyrənmək.
Əgər peyğəmbərlik iddiası edən hər hansı bir şəxs barədə bu on bəndi diqqətlə araşdırsaq, rahatlıqla onun yalan və ya doğru olub-olmadığını aydınlaşdıra bilərik.
Yuxarıda deyilənləri nəzərə alaraq peyğəmbər cənabları haqqında bu on bəndi çox qısa şəkildə nəzərdən keçirəcəyik. Baxmayaraq ki, bu on bəndin hər birinə aid müxtəlif və geniş kitablar yazmaq olar.
1.İslam peyğəmbərinin əxlaqi xüsusiyyətləri, eləcə də onun ictimai keçmişi barədə həm dostlar, həm də düşmənlərin dediyinə və tarixin göstərdiklərinə əsasən, elə bunu demək kifayətdir ki, o Həzrət o qədər pak və düzgün şəxs olmuşdur ki, hətta «Cahiliyyət dövrü»ndə də onu «Əmin» (düzgün və əmanətdar) adlandırmışlar. Tarix göstərir ki, o Məkkədən Mədinəyə hicrət etmək istədikdə Həzrət Əli(ə)-ı onun əmanətlərini camaata çatdırmaq üçün vəkil etdi.
Onun şücaət, səbr, dözm, ürəyiaçıqlıq, xoşxasiyyətlik və güzəştə getmə xüsusiyyətlərini həyatda baş verən cihad və sülhlərdən axtarıb tapmaq olar. Məkkənin fəthindən sonra Məkkə əhalisini bağışlayıb İslam düşmənlərini əfv etməsi bu məsələyə canlı şahiddir.
2.Hamımız bilirik ki, adi insanlar necə olur-olsun, yaşadıqları mühitlə ayaqlaşıb hərəkət və rəftarını mühitlə uyğunlaşdırırlar. Ola bilər ki, biri az, digəri çox uyğunlaşsın. Fikirləşin, görün necə ola bilər ki, 40 il cəhl, nadanlıq, bütpərəstlik mühitində böyümüş, mühitin başdan-ayağa mövhumatla dolu olduğu yerdə bir şəxs çıxıb xalis və həqiqi tövhiddən danışır və bütpərəstliklə mübarizə aparır? Necə ola bilər, nadanlıq və cəhl mühitindən ən yüksək elmi nailiyyətlər parlasın?
Bunların təbiətin fövqündə olan İlahi bir qüvvəninin təsdiqindən başqa bir yolla zühura çıxdığınainanmaq olarmı?
3.Görək, bu peyğəmbər hansı əsr və zamanda yaşamışdır?
O, dünyanın orta əsrləri keçirdiyi dövrdə yaşamışdır. Elə bir dövr ki, onda yalnız zülm, haqsızlıq, irqçilik və təbəqələrə bölünmüş cəmiyyət həyatı hökm sürürdü. Yaxşı olar ki, Həzrət Məhəmməd(s)-in nübuvət iddiası etdiyi dövrü Həzrət Əli(ə)-ın dilindən eşidək. Həzrət Əli(ə) buyurur: «Allah Məhəmməd(s)-i elə bir dövrdə peyğəmbər təyin etdi ki, insanlar heyrət vadisində qalmışdılar. Onların ağılları nəfsani meyllərə uymuş, təkəbbür və qürur onları fəlakətə sürüklənirdi. Onlar cəhl və nadanlıq içərisində qalıb çıxış yolu tapa bilmirdilər». (Nəhcül-bəlağə. 91-ci xütbə).
Fikirləşin, görün, şüarı «insanlar arasında müsavat», «ayrı-seçkiliyin, irqçiliyin olmaması» və yəni, «bütün möminlər qardaşdırlar» olan bir dinin (İslam dininin) o vaxtın şəraiti ilə uyğunluğu varmı?
4.Onun iddia və dəvəti.
Bütün cəhətlərdə tövhid, insaniyyət dünyasında vəhdəti, zalimanə xüsusiyyətlərin aradan qaldırılması, mübarizə, ümumdünya hökuməti təşkil etmək, məzlum və köməksizlərə arxa olmaq, təqva, iman və paklığı insani dəyərlərin ən başlıcası tanımaq kimi məsələləri əhatə edir.
İcra olunacaq proqramlar da yalnız buna arxalanırdı ki, müqəddəs bir hədəfə yetişmək üçün mütləq müqəddəs mərhələlərdən keçmək lazımdır. O, açıq-aşkar deyirdi ki, Yəni, «Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.» (Maidə, 8). Onun müharibə meydanlarında əxlaqi qaydalara riayət olunması üçün verdiyi əmrlər, o cümlədən, döyüşənlərdən başqasına zərər yetirməmək, xurmalıq və ağacları kəsməmək, düşmənin suyunu bulandırmamaq və əsirlərlə son dərəcə mehribanlıqla rəftar etmək kimi nümunələr bu həqiqətə işarədir.
6.Onun iddia və dəvəti mühitə o qədər təsir etmişdi ki, müşriklər insanların ona yaxın düşməsindən vəhşətə gəlirdilər. Çünki onlar peyğəmbərin cazibə və dəfetməsini görüb onun fövqəladə olduğunu bilirdilər. (Bilirdilər ki, bir nəfər ona yaxınlaşdıqda dərhal onu özünə cəlb edəcək). Bəzən, söhbət edən zaman onlar səs-küy salıb camaatın onun sözünü eşitməsinə mane olurdular. Bilirdilər ki, kim onun sözlərini dinləsə, onun vurğunu olacaq. Məhz buna görə, onu sehrbaz, sözlərini isə sehr adlandırırdılar. Bu məsələnin özü peyğəmbərin təsir qüvvəsini göstərir.
7.Onun bu yolda göstərdiyi fədakarlıq və canfəşanlıqlardan məlum olur ki, bu dinə hamıdan çox onun özü iman bağlamışdır. Mübarizə meydanlarında yenicə müsəlman olmuş şəxslərin qaçıb aradan çıxmasına baxmayaraq o, öz hədəfi uğrunda əlindən gələni etdi. Düşmənin hücumları, təhdidləri və əks- təbliğləri qarşısında heç vaxt özünü zəif qələmə vermədi.
8.Müşriklər dəfələrlə onu öz çirkin planları ilə sazişə dəvət etsələr də, buna nail ola bilmədilər. Ondan yalnız «əgər günəşi mənim bir əlimə, ayı da digər əlimə versəniz (bütün dünyanı mənim ixtiyarımda qoysanız), yenə də öz hədəfimdən əl çəkməyəcəyəm» cavabını aldılar.
9.Peyğəmbərin dəvətinin insanların ümumi təfəkküründə təsirinin surəti də fövqəladə idi. Qərb alimlərinin İslam dini barədə yazdığı kitabları mütaliə edənlər bu yazıçıların İslamın meydana çıxıb tez bir zamanda yayılmasından təəccüblərini gizlədə bilmədiklərini söyləmişlər. Məsələn, qərbin tanınmış və «Qərb təməddününün tarixi və onun şərqdəki bünövrələri» əsərini yazmış müəllimlərdən üçü həqiqəti etiraf edərək demişlər: «Dünyada İslamın tez bir zamanda irəliləyib artmasının, bir əsrdən az bir müddətdə dünyanın çox hissəsinə kölgə salmasının səbəbi barədə aparılan tədqiqatlara baxmayaraq, hələ də bu məsələ bir müəmma olaraq qalmaqdadır.» Bəli, bu doğrudan da, bir müəmmadır. Necə də tez bir zamanda İslam milyonlarla qəlbdə nüfuz tapdı, bütün mədəniyyətləri yox edərək yeni bir mədəniyyət yaratdı.
10.Nəhayət, bu nəticəyə gəlirik ki, onunla düşmənçilik edənlər kafir və müşriklərin başçıları, zalım rəhbərlər və özünüsevər dövlətlilər olmuşdur. Ona iman gətirənlər isə pak ürəkli cavanlar, öz haqlarını tələb edən məzlum insanlar, hətta qul və nökərlər və heç bir sərvəti olmayan insanlar idi. Onların yeganə sərvəti yalnız təmiz və pak qəlbləri idi. Onlar haqqı tələb edən insanlar idilər.
Bu on bənddən belə nəticəyə gəlirik ki, bu dəvət ilahi bir dəvət olmuşdur. Elə bir dəvət ki, təbiətin fövqündən nəşələnmiş, insanları azğınlıqlardan düz yola hidayət etmək üçün uca Tanrı tərəfindən göndərilmiş bir dəvət olmuşdur.

Fikirləşin və cavab verinFikirləşin və cavab verin
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma