KAFİRLƏRİN ÇƏTİNLİKDƏ OLMASI

Qiyamət günü kafirlərin çətinlikdə olmalarının səbəbləri nədir?

Quran ayəsinə görə bu (əzab) yer üzündə nahaq yerə şadlıqlarına görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdılar. Nəqllərə görə onlar peyğəmbərlərə etiraz etməkdən, mömin insanları öldürməkdən, yoxsul və zəif insanları əzməkdən zövq alırdılar. Günah işlər görməkdən və qanunu pozmaqdan qürur hissi duyurdular.

YAXINLARDAN QACMAQ

Qiyamət günü yaxınlardan qaçmaq nə deməkdir və onun səbəbi nədir?

Quran ayəsində deyilir ki, O gün insan öz qardaşından, anasından və atasından, zövcəsindən və oğullarından qaçar. Təfsirlərə görə, insan iman, təqva, Allaha itaət yolunu tutmamış qardaşdan, ata-anadan, zövcə və övladdan qaçır ki, onların talelərinə düçar olmasın.
Bəzi alimlərə görə isə onun qaçması ona görədir ki, olmaya yaxınlarının onun boynunda haqqı olsun və onu tələb etmək istəsinlər və o da, bu haqqı qaytarmaqdan qorxur.


 

ZÜLÜMKARLAR

Zülm edənlər ilahi əfvə ümidvar ola bilərlərmi?

Quran ayəsində deyilir: “Həqiqətən, sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı əfv sahibidir və əlbəttə, Rəbbin şiddətli cəza verəndir.” Pərvərdigarın geniş bağışlaması və şiddətli cəzasından gedən söhbət həqiqətdə hamını qorxu ilə ümidin orta xəttində saxlamaq üçündür. Bu, insan təlim-tərbiyəsinin əhəmiyyətli amilidir. İnsanın günahı ağır olsa da Allahın rəhmətindən ümidini kəsməməlidir. Həmçinin günahı az olsa da özünü Allahın cəzasından amanda olduğunu düşünməməlidir.

 

PAK İNSANLARA YOLDAŞLIQ

İmanlı insanlar Qiyamət günü kimlərlə yoldaşlıq edəcəklər?

Quran ayəsinə görə Allaha və Onun Peyğəmbərinə itaət edənlər peyğəmbərlər, sadiqlər, şəhidlər və saleh insanlarla yoldaşlıq edərlər. Bu, o qədər böyük bir nemətdir ki, hətta axirət dünyasında cənnət nemətlərini təkmil etmək üçün o itaətkar insanlara bəxş edilir. Yəni, onların bütün iftixarlardan əlavə peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlər kimi yoldaşları olacaq.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثارُ سَجِيّةُ الأبرار، و شِيمةُ الأخيار

ايثار، خصلت نيکوکاران و خوى نيکان است

ميزان الحکمه، جلد 1، ص 22