Qısa cavab:
Quran ayəsində deyilir: “Həqiqətən, sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı əfv sahibidir və əlbəttə, Rəbbin şiddətli cəza verəndir.” Pərvərdigarın geniş bağışlaması və şiddətli cəzasından gedən söhbət həqiqətdə hamını qorxu ilə ümidin orta xəttində saxlamaq üçündür. Bu, insan təlim-tərbiyəsinin əhəmiyyətli amilidir. İnsanın günahı ağır olsa da Allahın rəhmətindən ümidini kəsməməlidir. Həmçinin günahı az olsa da özünü Allahın cəzasından amanda olduğunu düşünməməlidir.
Ətraflı cavab:
“Rəd” surəsinin 6-cı ayəsini nəzərdən keçirməklə bu sualın cavabını tapmaq olar. Allah-taala buyurur:
وَاِنَّ رَبَّکَ لَذُو مَغْفِرَه لِّلنَّاسِ عَلَى ظُلْمِهِمْ وَاِنَّ رَبَّکَ لَشَدِیدُ الْعِقَابِ
"Həqiqətən, sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı əfv sahibidir və əlbəttə, Rəbbin şiddətli cəza verəndir."
Heç bir zaman onun cəzasının şiddəti ümumi rəhmətinə mane olmayacaq. Onun ümumi rəhməti insanları yanlışlığa salmamalıdır. Belə ki, onun geniş rəhməti zalımlara istədikləri qədər zülm etməyə imkan yaradır. Əsla belə deyildir, çünki belə hallarda O şiddətli cəza verəndir. Allahın bu iki (bağışlayan və şiddətli cəza verən) sifətindən birinə tuş gəlmək insanın vücudunda olan istedadlara bağlıdır.
Yuxarıdakı ayədə qeyd olunur ki, Pərvərdigar insanların Ona qarşı etdikləri zülmə baxmayaraq, bağışlayan və əfv edəndir. Təbii ki, ayədə Allahın öz zülmlərində israrlı olan zalımları bağışlayacağı nəzərdə tutulmur. Sadəcə bu yolla zalım insanlara da qayıtmaq və özlərini saflaşdırmaq imkanı yaradır. Əks təqdirdə “Allah şiddətli cəza verəndir” cümləsinə aid ediləcəklər.
Bunu da qeyd etmək lazımdır ki, sözügedən ayədən böyük günahların da (o cümlədən zülm, əlbəttə şərtləri ilə) bağışlanmasının mümkünlüyü başa düşülür. Bu və bu kimi ayələr qədimdən "Mötəzililərin" “böyük günahlar heç bir zaman bağışlanmayacaq” yanlış fikrini alt-üst edir.
Hər bir halda Pərvərdigarın geniş bağışlaması və şiddətli cəzasından gedən söhbət həqiqətdə hamını qorxu ilə ümidin orta xəttində saxlamaq üçündür. Bu, insan təlim-tərbiyəsinin əhəmiyyətli amilidir. İnsanın günahı ağır olsa da Allahın rəhmətindən ümidini kəsməməlidir. Həmçinin günahı az olsa da özünü Allahın cəzasından amanda olduğunu düşünməməlidir.
Ona görə də Peyğəmbərdən (səllallahu əleyhi və alih) nəql olunan bir hədisdə oxuyuruq:
لَولا عَفْوُ اللّهِ وَتَجَاوُزُهُ ما هَنَاَ اَحَداً اَلْعِیشُ، وَلَولا وَعِیدُ اللّهِ وَعِقابُهُ لاَتَّکَلَ کُلٌّ واحِد
Şərh qeydə alınmayıb