İRADƏVİ MƏSUMLUQ

Şiə alimlərinin məsum insanın öz ixtiyarı ilə ismətə malik olmasına dair fikirləri nədir?

Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, peyğəmbərlər və imamlar məsumdur və heç vaxt günah etməmişlər. Buradan belə bir sual meydana gəlir ki, məsum insanın günah etmək qabiliyyəti varmı? Yoxdursa, günah etməmək onlar üçün heç bir üstünlük sayıla bilməz. Burada Şeyx Mufid, Seyid Mürtəza, Şeyx Tusi, Fazil Miqdad və Əllamə Təbatəbai kimi alimlərin məsumluq haqqında fikirlərini diqqətinizə çatdırırıq.

QURAN BAXIMINDAN XALİSLƏŞDİRİLMƏ (muxləslər)

Qurani-kərimdə qeyd edilən “muxləsin” kəlməsi kimlərə aiddir?

Bəzi Quran ayələrinə əsasən, Şeytan “muxləs”ləri azdırmaqda aciz qaldığını etiraf edib. Ona görə ki, muxləslər (xalisləşdirilmiş mənasında) öz xalis yollarında təlaş və səylərindən dolayı aləmlərin Rəbbi tərəfindən hər sünilikdən, saxtakarlıqdan pak edilmiş kəslərdir. Bu üzdən bütün varlıqları Allaha aiddir; Allahdan başqasına qəlblərində yer yoxdur. Təbii ki, şeytanın belə şəxslərdən bir nəsibi olmayacaq. Sözsüz ki, belə xüsusiyyət ismətlə yanaşıdır. Bunun bariz nümunələri peyğəmbərlər və məsum imamlardır.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال علي (عليه السلام):

اَلْحَاجُّ وَالْمُعْتَمِرُ وَفْدُ اللَّهِ، وَ حَقٌّ عَلَى اللَّهِ أَنْ يُکْرِمَ وَفْدَهُ وَ يَحْبُوَهُ بِالْمَغْفِرَةِ.

حج گزار و عمره گزار، واردشدگان بر خداوند مى باشند و بر خدا است که وارد شده بر خود را گرامى داشته، او را مشمول مغفرت و آمرزش خويش قرار دهد.

وسائل الشيعه: 4/116