Qısa cavab:
Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, peyğəmbərlər və imamlar məsumdur və heç vaxt günah etməmişlər. Buradan belə bir sual meydana gəlir ki, məsum insanın günah etmək qabiliyyəti varmı? Yoxdursa, günah etməmək onlar üçün heç bir üstünlük sayıla bilməz. Burada Şeyx Mufid, Seyid Mürtəza, Şeyx Tusi, Fazil Miqdad və Əllamə Təbatəbai kimi alimlərin məsumluq haqqında fikirlərini diqqətinizə çatdırırıq.
Ətraflı cavab:
Məsum insanın muxtar, yəni ixtiyar sahibi olması nəzəriyyəsinə əsasən məsum şəxs özü öz nəfsini Allaha itaət etməyə vadar edir, günah işlərdən çəkindirir; nəinki, Allah tərəfindən, yaxud başqasının icbarı ilə bu işləri görməyə məcbur olsun. Bir çox mütəkəllimlər, xüsusilə Əhli-beyt (əleyhimus-salam) məktəbinin alimləri həqiqətdə “əmrun beynəl-əmreyn” nəzəriyyəsindən alınan bu nəzəriyyəni təsdiq edirlər. Burada onların bəzisinə işarə edirik:
1. Şeyx Mufid (r) buyurur: “İsmət (məsumluq) Allahın öz höccətlərinə (peyğəmbər və imamlara) verdiyi həmin müvəffəqiyyət və lütfdür ki, onun vasitəsi ilə günahdan çəkinir və bu yolla onun dində səhvə yol verməsinin qarşısı alınır. İsmət Allahın, ona (ismətə) sarılacağını bildiyi hər kəsə verdiyi mərhəmətdir. Bu kimi toxunulmazlıq və saxlanmalar məsumun özü tərəfindəndir və ismət heç vaxt onun (məsumun) qəbahətli işlər görməsi ilə bağlı imkanlarına mane olmur, onu yaxşı işlər görməyə vadar etmir.” (1)
2. Seyid Mürtəza (r) buyurur: “İsmət Allah-taalanın öz bəndəsinə verdiyi ilahi bir lütfdür. Məsum onun vasitəsi və öz ixtiyarı ilə çirkin işlərdən uzaq olur.” (2)
3. Şeyx Tusi (r) qeyd edir: “İsmət lüğətdə bəladan, afətdən çəkinmək mənasında işlənir. Dində məsum olan şəxs o kəsdir ki, Allahın lütf və mərhəmətinin səbəbi ilə qəbahətli işlərdən çəkindirilir. Amma nəinki Allah onunla günah arasında maneə yaratmış olsun. Əksinə, bu iş onun tam ixtiyarı ilə baş verir.” (3)
Bu alim kitabının digər yerində yazır: “Yaxud da Allah-taala çirkinlikləri məsum şəxsdən uzaqlaşdırır və onun barəsində bir lütf edir ki, onun vasitəsi ilə o (məsum şəxs) ixtiyari formada qəbahətli işlərdən çəkinir.” (4)
Fazil Miqdad (r) yazır: “İsmət səciyyəsi günahın ağır aqibətinə və itaətin fəzilətinə olan elmdən (agahlıqdan) sonra yaranır. Çünki iffət hər vaxt nəfsin cövhərində hasil olsa və onun vasitəsi ilə məsiyət və günah işlərdə olan bədbəxtçilik barəsində, habelə itaətdə olan səadət barəsində tam elm və agahlıq əldə etsə, o elm həmin mələkə və səciyyənin nəfsin daxilinə nüfuz etməsinə və sahibinin ismət məqamına çatmasına səbəb olur.” (5)
Əllamə Təbatəbai (r) yazır: “İsmətin yaranmasına səbəb olan məsələ bir növ elmdir ki, sahibini günaha və xəta işlərə düşməkdən çəkindirir. Eynilə sair hallarda, o cümlədən şücaət, iffət, səxavət və s. hallarda olduğu kimi insanın ruhuna nüfuz etmiş elm surətinə düşən zaman onların təsirləri insanda öz əksini tapır və heç vaxt o insan bu sifətlərin ziddinə malik olmur.” (6) (7)
Şərh qeydə alınmayıb