Qısa cavab:
Bəzi Quran ayələrinə əsasən, Şeytan “muxləs”ləri azdırmaqda aciz qaldığını etiraf edib. Ona görə ki, muxləslər (xalisləşdirilmiş mənasında) öz xalis yollarında təlaş və səylərindən dolayı aləmlərin Rəbbi tərəfindən hər sünilikdən, saxtakarlıqdan pak edilmiş kəslərdir. Bu üzdən bütün varlıqları Allaha aiddir; Allahdan başqasına qəlblərində yer yoxdur. Təbii ki, şeytanın belə şəxslərdən bir nəsibi olmayacaq. Sözsüz ki, belə xüsusiyyət ismətlə yanaşıdır. Bunun bariz nümunələri peyğəmbərlər və məsum imamlardır.
Ətraflı cavab:
Quranda peyğəmbərin ismətinə işarə edən bir sıra ayələr var. Şeytan Allah dərgahından qovulduqdan sonra, insanlarla düşmənçiliyə başladı (və dedi: “İzzətinə and olsun ki, xalisləşdirilmiş bəndələrin xaricində onların hamısını azdıracam”.).
“قَالَ فَبِعِزَّتِکَ لَاُغْوِیَنَّهُمْ اَجْمَعِینَ ـ اِلاَّ عِبَادَکَ مِنْهُمْ الْمُخْلَصِینَ” (1).
Bu ifadə yuxarıdakı ayəyə məxsus deyil, “Hicr” surəsinin 39-40-cı ayələrində də az fərqlə həmin məna gəlmişdir:
“قَالَ رَبِّ بِمَا اَغْوَیْتَنِى لاَزَیِّنَنَّ لَهُمْ فِى الاْرْضِ وَ لاَغْوِیَنَّهُم اَجْمَعِینَ * اِلاَّ عِبَادَکَ مِنْهُمُ الْمُخْلَصِینَ”
Başqa ayələrdə də bu mətləb gözə dəyir. Belə ki, əzəmətli peyğəmbərlər barəsində deyilir:
“اِنَّا اَخْلَصْنَاهُمْ بِخَالِصَه ذِکْرَى الدَّارِ”
“Biz onları xüsusi xalisliklə xalisləşdirdik, o da axirət xatırlatması idi” (2).
Muxlis (xalisləşdirən mənasında) təqva və paklığın ilk mərhələsidir və bundan da yuxarı muxləs (xalisləşdirilmiş mənasında) mərhələsidir. O kəslər ki, öz xalis yollarında təlaş və səylərindən dolayı aləmlərin Rəbbi tərəfindən hər sünilikdən paklaşdırılmışdır. Bu üzdən bütün varlıqları Allaha aiddir; Allahdan başqasına qəlblərində yer yoxdur; Ondan başqasını düşünmürlər və yalnız Onun razılığını güdürlər. Təbii ki, şeytanın belə şəxslərdən heç bir nəsibi olmayacaq.
Sözsüz ki, belə xüsusiyyət ismətlə yanaşıdır. Çünki, şeytanın nüfuz dairəsindən kənardadırlar, əsla şeytan onları azdırmaq tamahına düşmür.
Daxili səciyyə və maraqlar da Allaha görə xalisləşdirilib. Buna görə də səhvə də yol vermir, istəklərinə uymurlar. Şeytanın Adəm övladlarını azdırmaq mövzusunda and içərkən onları müstəsna etməsi, təbii ki, onlara göstərdiyi ehtiramdan irəli gəlmirdi, əksinə onları vəsvəsə edə bilməyəcəyini bildiyinə görə idi.
Hərçənd, yuxarıdakı ayələrdə birbaşa məsum peyğəmbər və imamlara işarə gözə dəymir, lakin “muxləs” kəlməsini hər hansı mənaya yozsaq, ilahi peyğəmbər və övliyalar o mənaya daxildir. Səbəbi isə “ibadullah” (Allahın xüsusi bəndələri) arasında onlardan üstün birinin olmamasıdır.
Nəzərə alsaq ki, Qurani-kərimdə keçən həzrət Yusifun (ə) əhvalatında günaha düşməyə mane və ismətə səbəb olan ilahi təsdiq ixlas mehvərinin ətrafında dönməsi aydındır. Allah bu xüsusda buyurur:
“کَذَلِکَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاءَ اِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِینَ”
“Beləcə ondan pislik və xoşagəlməzliyi uzaqlaşdırdıq, çünki o bizim xalisləşdirilmiş bəndələrimizdən idi” (3).
Bu ifadə onu göstərir ki, hər kəs “muxləs” olsa, nəfsi istəklər və şeytani vəsvəsələr qarşısında ilahi yardımlarla onlardan yaxa qutara bilər.
“انَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِینَ” – cümləsi “qiyasi mənsusul-illə” (səbəbi dini yolla bildirilmiş silloqizm) kimidir və ayənin məfhumuna ümumilik verir.
Həzrət Yusif (ə) günahın dağıdıcı dalğaları müqabilində – hansı ki varlıq gəmisini hər tərəfdən əhatəyə almış, gənc olmasına rəğmən, o gözəl qadının fövqəladə həssas və təhlükəli vəsvəsələri qarşısında – tab gətməyi bacarmışdı. Peyğəmbərlərin məsum olması ixlas sayəsində üzə çıxır. Nəticə etibarı ilə, peyğəmbərlər xalisləşdirilmişlərin bariz nümunələridirlər (4).
Şərh qeydə alınmayıb