Qısa cavab:
Qurani-Kərimdə “Biz Öz kitabımızda heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar hamılıqla öz Rəblərinə tərəf toplanılacaqlar" ayəsindən aydın olur ki, heyvanlar üçün də bir növ qiyamət hesab-kitabını təsəvvür etmək olar.
Ətraflı cavab:
Bu sualın cavabını “Ənam” surəsinin 38-ci ayəsindən əldə etmək olar. Allah-taala buyurur:
وَ ما مِنْ دابَّه فِى الاْرْضِ وَ لا طائِر یَطِیْرُ بِجَناحَیْهِ اِلاّ اُمُمٌ اَمْثالُکُمْ ما فَرَّطْنا فِى الْکِتابِ مِنْ شَىْء ثُمَّ اِلى رَبِّهِمْ یُحْشَرُونَ
"Yerdə elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar hamılıqla (öldükləri yerlərdən) öz Rəblərinə tərəf toplanılacaqlar."
Heyvanların çoxunun həyatı maraqlı və heyrətamiz nəzmə malikdir. Bu əməllər sanki onların bir növ ağıl və şüura malik olmalarına bir işarədir. Onların hamısını instinktlərə bölməyin heç bir zərurəti yoxdur. Belə bir halda onlar üçün də bir növ qiyamət hesab-kitabını təsəvvür etmək olar. Sözügedən ayəni təfsir edərkən bu ehtimalı da vermək olar ki, “cəm” (toplamaq) sözü “bəssə” (dağılışmaq) sözünün antonimidir. Yəni “bəssə” sözü diri varlıqların və canlıların növlərinin yaranışına və nəsil artımına işarə edir. Daha sonra buyurur: "Allah nə vaxt istəsə onları “cəm” edib (yığıb) nəsillərini kəsər və yaxud məhv edər."
Necə ki, tarix boyu bəzi canlı növləri yer üzündə heyrətamiz formada artmış və sonrakı dövrlərdə yığılıb nəsilləri kəsilmişdir. Onların həm artımı həm də yığılması Allahın əlindədir. Həqiqətdə bu, Allahın həm "həyatverici", həm də "canalan" olmasından söz açan ayələrə bənzəyir. (1)
Şərh qeydə alınmayıb