Qısa cavab:
Quran ayələrində dağların dağılması müxtəlif formalarda qeyd olunsa da onların arasında heç bir ziddiyyət yoxdur. Onların hər birində yerin ən möhkəm və sarsılmaz hissəsi olan dağların dağılmasının mərhələləri əks olunur. Dağların hərəkətindən başlayaraq çırpılıb, toz halına düşüb havada yalnız rənginin gözə dəyməsinə kimi davam edir.
Ətraflı cavab:
Qiyamətin başlanğıcında maddi dünyanın quruluşu bir-birinə dəyəcək, o cümlədən dağlar tamamilə alt-üst olacaq. Lakin dağların dağılması haqqında Quranın müxtəlif bəyan tərzləri diqqəti cəlb edir.
“Kəhf” surəsinin 47-ci ayəsində Allah-taala buyurur:
نُسَیِّرُ الْجِبالَ
"Dağları (öz yerindən) hərəkətə gətirərik."
Eyni mənalı cümlələr “Nəbə” surəsinin 20-ci ayəsində və “Təkvir” surəsinin 3-cü ayəsində də gözə dəyir. “Mursəlat” surəsinin 10-cu ayəsində isə oxuyuruq:
وَ اِذَا الْجِبالُ نُسِفَتْ
"Dağlar (şiddətli tufanın təsirindən) yerindən qopacağı vaxt"
Halbuki “Haqqə” surəsinin 14-cü ayəsində deyilir:
حُمِلَتِ الاْ َرْضُ وَ الْجِبالُ فَدُکَّتا دَکَّهً واحِدَهً
"Və yer və dağlar qoparılar. Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar."
“Müzzəmmil” surəsinin 14-cü ayəsində isə oxuyuruq:
یَوْمَ تَرْجُفُ الاْ َرْضُ وَ الْجِبالُ وَ کانَتِ الْجِبالُ کَثِیباً مَهِیلاً
"O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar."
Həmçinin “Vaqiə” surəsinin 5 və 6-cı ayələrində deyilir:
وَ بُسَّتِ الْجِبالُ بَسّاً * فَکانَتْ هَباءً مُنْبَثّاً
"Dağlar bir-birindən ayrılıb parçalanacaqdır. Beləliklə dağınıq toz halına düşəcəkdir."
Sonda “Qariə” surəsinin 5-ci ayəsində deyilir:
وَ تَکُونُ الْجِبالُ کَالْعِهْنِ الْمَنْفُوشِ
"Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır."
Aydındır ki, bu ayələr arasında heç bir ziddiyyət yoxdur. Onların hər birində yerin ən möhkəm və sarsılmaz hissəsi olan dağların dağılmasının mərhələləri əks olunur. Dağların hərəkətindən başlayaraq toz halına düşüb havada yalnız rənginin gözə dəyməsinə kimi davam edir. (1)
Şərh qeydə alınmayıb