Qısa cavab:
Quranı-kərim bu məsələyə işarə etmişdir. Qiyamət günü Quran ayələrində deyildiyi kimi planetlərin hazırkı düzülüşü pozulacaq. Gecə və gündüzün, eləcə də ilin yaranma səbəbləri sayılan Günəş və Ay, günümüzdəki Günəş və Ayla tamamilə fərqlənəcək. Kainat hazırkı vəziyyətindən çıxıb yeni bir şəkil alacaq.
Quran ayəsində belə vurğulanır: “Bu yerin başqa bir yerə və həmçinin göylərin (başqa göylərə) çevriləcəyi gündə!”
Ətraflı cavab:
Diqqət etmək lazımdır ki, gecə-gündüz və il dönümü hazırkı şəraitdə Yer kürəsi sakinləri üçün olan zaman intervalı üzrə xülasələnmir. Digər planetlərdə sutka və ilin uzunluğu Yerdəki ilə tamamilə fərqlidir. Məsələn, Günəşə ən yaxın Merkuri planetində bir il Yerin 88 sutkasına bərabərdir. Yəni, Merkuri 88 gün ərzində Günəşin ətrafına bir dəfə fırlanır. Yerin qonşusu Venera planetində isə bir il, bizim 125 sutkamıza bərabərdir.
Günəş sisteminin səkkizinci planeti Neptunda bir il Yer kürəsinin 164, sistemin ən uzaq planeti Plutonda bir il 249 ilinə bərabərdir. Hətta bizim şimal və cənub qütblərində sutka uzunluğu digər bölgələrdəki sutkalarla fərqlidir. Orada gecə-gündüzün uzunluğu təxminən altı aydır. Ay kürəsində gecə və gündüzün hər biri təxminən 15 günə bərabərdir.
Belə bir halda Qiyamət günündə bir günün bizim əlli ilimizə bərabər olması müstəsna hal deyil. Quranı-kərim də bu məsələyə işarə etmişdir.
Çünki Qiyamət günü Quran ayələrində deyildiyi kimi planetlərin hazırkı düzülüşü pozulacaq. Gecə və gündüzün, eləcə də ilin yaranma səbəbləri sayılan Günəş və Ay, günümüzdəki Günəş və Ayla tamamilə fərqlənəcək. Kainat hazırkı vəziyyətindən çıxıb yeni bir şəkil alacaq.
یَوْمَ تُبَدَّلُ الاَرْضُ غَیْرَ الاَرْضِ وَ السَّماوَاتِ...
“Bu yerin başqa bir yerə və həmçinin göylərin (başqa göylərə) çevriləcəyi gündə!”(1)
Şərh qeydə alınmayıb