Qısa cavab:
Ayələrə əsasən ölüm böyük ilahi nemətlərdən biridir. Allahın bol-bol nemətləri bəzən bir qrup insanın qəflətə düşməsinə, xəbərsizliyinə gətirib çıxarır. Ölümü yad etmək qəflət pərdələrini yırtır və bu baxımdan nemət və xəbərdarlıqdır.
Ətraflı cavab:
Ölüm Qurani-kərimdə ilahi nemətlərdən biri kimi qeyd olunmuşdur. Diqqət etdikdə, başa düşərik ki, həqiqətən də belədir:
Birincisi, ölüm bu dünyanın əzablarından qurtarmaq və çox böyük olan digər dünyaya köçmək üçün bir müqəddimədir.
İkincisi, indiki nəsillərin ölməsi gələcək nəsillər üçün yer açılmasına səbəb olur. İnsan övladı nəsillər keçdikcə yaşamağa davam edir və təkamülə çatır. Əks halda yer insanlar üçün o qədər dar olardı ki, orada yaşayış qeyri-mümkün olardı.
Bundan əlavə, sözügedən suala cavab vermək üçün “ər-Rəhman” surəsinin 26-28-ci ayəsinə də işarə etmək olar:
کُلُّ مَنْ عَلَیْها فان* وَ یَبْقى وَجْهُ رَبِّکَ ذُوالْجَلالِ وَ الاِکْرامِ* فَبِاَىِّ آلاءِ رَبِّکُما تُکَذِّبانِ
"Yer üzərində olan hər bir kəs fənaya məhkumdur. Yalnız kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır. Belə isə, Rəbbinizin nemətlərinin hansı birini inkar edirsiniz?!"
Bu ayələrə əsasən ölüm böyük ilahi nemətlərdən biridir.
Bəli, dünya öz bütün nemətləri ilə mömin insan üçün zindandır. Bu dünyanı tərk etmək həmin zindandan azad olmaq deməkdir. Ondan da əlavə, Allahın bol-bol nemətləri bəzən bir qrup insanın qəflətə düşməsinə, xəbərsizliyinə gətirib çıxarır. Ölümü yad etmək qəflət pərdələrini yırtır və bu baxımdan nemət və xəbərdarlıqdır. Bundan başqa, dünya həyatı davam etsə, şübhəsiz yorucu və bezdirici olar. Axirət dünyası isə fərqli olaraq şadlıq və sevinclə doludur. (1)
Şərh qeydə alınmayıb