Qısa cavab:
Mütləq əcəl ömrün sona çatması, yəni insanın bədəninin bu dünyada qalmaq üçün istedadının sonudur. Digər ölüm isə, müəlləq və namüəyyən əcəldir. Müəlləq əcəl insan ömrünün yarı yolda hər hansı hadisə və amil nəticəsində sona çatmasıdır.
Ətraflı cavab:
İnsan iki növ əcəl ilə ölə bilər. Onlardan biri (mütləq əcəl) ömrün sona çatması, yəni insanın bədəninin bu dünyada qalmaq üçün istedadının sonudur. Digəri isə, müəlləq (namüəyyən) əcəldir. Müəlləq əcəl insan ömrünün yarı yolda hər hansı hadisə və amil nəticəsində sona çatmasıdır. Bu, adətən onun özünün işlərində həddi saxlamadığına və müxtəlif günahlara qurşandığına görədir.
Yaranmışların çoxu təbii və zati quruluşlarına görə üzün müddət qalmaq, yaşamaq qabiliyyətinə malikdirlər. Amma bu müddət ərzində müəyyən maneələr irəli gələ və onları maksimum həyatlarını yaşamaqdan saxlaya bilər.
Məsələn, neftlə işləyən bir cıraq öz tutumuna görə məsələn, 20 saat işıq verməyə qadirdir. Amma küləyin əsməsi, yağışın yağması və onun qeydinə qalmamaq onun ömrünün qısalmasına səbəb ola bilər. Burada əgər çıraq heç bir maneə ilə üzləşməsə, son neft damcısına qədər yanıb sonra sönsə, öz mütləq əcəlinə çatmışdır. Əgər neft qurtarmazdan öncə maneələr onun sönməsinə səbəb olsa, bu əcəli qeyri-müəyyən və ya müəlləq əcəl adlandırırıq.
İnsan barəsində də eyni sözü demək olar. Onun bu dünyada qalması üçün bütün şərtlər varsa, maneələr aradan qaldırılırsa, onun orqanizm və qabiliyyəti uzun müddət – sözsüz ki, bu müddət də bir gün sona çatacaq – ömür sürə bilər. Amma digər tərəfdən düzgün qidalanmaması, spirtli və narkotik maddələrə qurşanması, özünə qəsd etməsi və yaxud günahlara aludə olması onun həmin müddətdən çox-çox tez ömrünü başa vurmasına səbəb ola bilər.
Birinci halda ölüm mütləq əcəl, ikinci halda isə namüəyyən və yaxud müəlləq əcəl adlanır. (1)
Şərh qeydə alınmayıb