Qısa cavab:
Bu haqda təfsir alimləri arasında fikir ayrılığı mövcuddur.
Alimlərdən bir qrupuna görə onlar Allahın Cəbrail, Mikail, İsrafil və Əzrail kimi böyük mələkləridir. Bəzi alimlər isə Allahın ərşini daşıyanları da onlara əlavə etmişlər.
Amma hər halda həmin hədislərin bəzisindən aydın şəkildə başa düşmək olur ki, yerdə qalan bu qrup da sonda öləcək. Belə ki, varlıq aləmində başdan-başa heç bir canlı varlıq qalmayacaq, yalnız o ölməz Tanrıdan başqa.
Ətraflı cavab:
Allah-taala “Zumər” surəsinin 68-ci ayəsində buyurur:
وَ نُفِخَ فِى الصُّورِ فَصَعِقَ مَنْ فِى السَّماواتِ وَ مَنْ فِى الاْرْضِ اِلاّ مَنْ شاءَ اللهُ ثُمَّ نُفِخَ فیهِ اُخْرى فَاِذاهُمْ قِیامٌ یَنْظُرُونَ
"Sur çalınacaq. Allahın istədiyi kəslər istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq. Sonra o, bir daha çalınacaq.
Onda onların hamısı birdən ayağa qalxıb (hesab və cəzanı) gözləyəcəklər."
Allah-taala yuxarıdakı ayədə buyurur ki, göylərdə və yerdə yaşayan hər bir kəs öləcək. Sonra bir qrupu istisna edərək buyurur: “Allahın istədiyi kəslər istisna olmaqla”. Görəsən, Allahın istədiyi o kəslər kimlərdir? Bu haqda təfsir alimləri arasında fikir ayrılığı mövcuddur.
Alimlərdən bir qrupuna görə onlar Allahın Cəbrail, Mikail, İsrafil və Əzrail kimi böyük mələkləridir.
Bəzi alimlər isə Allahın ərşini daşıyanları da onlara əlavə etmişlər.
Digər bir qrup təfsirçilər “onlar diridirlər və onlara Rəbbi yanında ruzi verilir” ayəsini əsas gətirərək şəhidlərin ruhlarını müstəsna sayırlar.
Söz yox ki, bu hədislərin bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Amma hər halda həmin hədislərin bəzisindən aydın şəkildə başa düşmək olur ki, yerdə qalan bu qrup da sonda öləcək. Belə ki, varlıq aləmində başdan-başa heç bir canlı varlıq qalmayacaq, yalnız o ölməz Tanrıdan başqa.
Sual oluna bilər ki, mələklər, şəhid, peyğəmbərlərin və övliyaların ruhlarının ölümü necə olacaq? Ehtimal vermək olar ki, onlar haqqında ölüm dedikdə məqsəd ruhun misalı qəliblə bağlılığının aradan getməsidir. Yaxud da ruhların mütəmadi fəaliyyətinin dayanmasıdır. (1)
Şərh qeydə alınmayıb