Qısa cavab:
Ölümü yada salmaq şəhvət və nəfsani istəklərin sınmasında, bir-birindən uzun arzulara son vermək, qəlb aynasından qəflət paslarının silinməsində müstəsna rola malikdir.
Ətraflı cavab:
Ölüm, axirət və əbədi həyat aləminə qapıdır. Belə ki, Həzrət Əlidən (əleyhis-salam) nəql olunan bir hədisdə deyilir: “Hər evin qapısı var, axirət evinin qapısı da ölümdür.”
Bəli, ölümü yada salmaq şəhvət və nəfsani istəklərin sınmasında, bir-birindən uzun arzulara son vermək, qəlb aynasından qəflət paslarının silinməsində heyrətamiz rola malikdir. Bu səbəbdən İmam Sadiqdən (əleyhis-salam) nəql olunun bir hədisdə deyilir: “Ölümü yada salmaq nəfsin üsyançı istəklərini insanın daxilində öldürür, qəflətin kökünü insanın ürəyindən qoparır, qəlbə ilahi vədlərlə güc verir, insanın təbiətinə lətafət gətirir, şəhvətpərəstliyin əlamətlərini alt-üst edir, tamah atəşini söndürür, dünyanı insanın nəzərində kiçildir. Bu, Peyğəmbərin (sallallahu əleyhi və alih) “Bir saat fikirləşmək, bir il ibadətdən üstündür.” buyurduğu hədisin izahıdır. (1)
Şərh qeydə alınmayıb