Qısa cavab:
Çünki təvəkkül olunan varlıq hər şeyə qadir olmalı və hər hansı acizlikdən kənar olmalı, həyatı əbədi olmalıdır. Acizlik bu pənah yerini sarsıda bilər.
Ətraflı cavab:
Əvvəla, insan hər şeydən öncə diri və ölməz bir varlığa pənah aparmalıdır. Ölü və aciz bir varlığa arxalanmaq mümkün deyil.
İkincisi, onun həyatı əbədi olmalıdır. Belə ki, onun ölüm ehtimalı təvəkkül edənlərin fikrini alt-üst edə bilər.
Üçüncüsü, hər şeyi bilməli və hər şeydən xəbəri olmalıdır. Həm təvəkkül edənlərin ehtiyaclarını bilməli, həm də düşmənlərin təxribat və planlarından agah olmalıdır.
Dördüncüsü, hər şeyə gücü çatmalı və hər hansı acizlikdən kənar olmalıdır. Acizlik bu pənah yerini sarsıda bilər.
Beşincisi, bütün işlərin hakimiyyəti, tədbiri və idarəsi onun qadir əllərində olmalıdır. Bilirik ki, bu sifətlər yalnız Allahın pak zatında toplanmışdır. (1)
Şərh qeydə alınmayıb