Qısa cavab:
Həzrət Əli (ə) başqalarını bu böyük həqiqətə doğru dəvət etməzdən öncə özü bütün vücudu ilə onun kamil məhəl və zühur yeri idi. Ömrü boyunca bir an belə bütə səcdə etmədi və libasına şərik qoşmağın tozu belə qonmadı. Atdığı hər bir addım Allah yolunda, hər bir hərəkəti Onun razılığını qazanmaq üçün idi.
Ətraflı cavab:
İmam Əli (ə) "Nəhcül-bəlağə"nin ikinci xütbəsinin bir hissəsində bütün yaxşılıqlar, paklıqlar, fəzilətlər və iftixarların kökünə, yəni tövhidə işarə edərək buyurub: (Mən şəhadət verirəm ki, Allahdan başqa, Allah yoxdur, yeganə və şəriksizdir.)
وَ اَشْهَدُ اَنْ لا اِله اِلاّ الله وَحْدَهُ لا شَریکَ لَهُ
Bütün əqidənin, pak düşüncələrin və saleh əməllərin kökü olan tövhid sayəsində Allaha sığınmaq onun ilahiliyini iddia edənlərin öz səhvlərini anlamasına görə idi.
Sonra buyurur: (Tövhidin həqiqətinə şəhadət verməyim sadə bir şəhadət deyil), bu şəhadətin xalisliyi sınanıb. Onun prinsip (1) və təməlinə isə öz əqidəmdə yer vermişəm (təkcə vücudumun bütün zərrələrinin dili ilə deyil, ruhumun dərinliklərindən ona şəhadət verirəm).
شَهادَهً مُمْتَحَناً اِخْلاصُها، مُعْتَقَداً مُصاصُه (2)
Tez bir zamanda keçib-gedən bir şəhadət deyil, (Allah məni diri saxdıqca o şəhadətə bağlıyam və onu qorxulu səhnələr üçün saxlayıram.)
نَتَمَسَّکُ بِها اَبَداً ما اَبْقانا، وَ نَدَّخِرُها لاَهاویلِ ما یَلْقانا (3)
Həzrət Əli (ə) başqalarını bu böyük həqiqətə doğru dəvət etməzdən öncə özü bütün vücudu ilə onun kamil məhəl və zühur yeri idi. Ömrü boyunca bir an belə bütə səcdə etmədi və libasına şərik qoşmağın tozu belə qonmadı. Atdığı hər bir addım Allah yolunda, hər bir hərəkəti Onun razılığını qazanmaq üçün idi. Ömrünün əvvəlindən sonunadək və hər bir yerdə Peyğəmbərin (s) xidmətində idi və haqq yolunda səmimiyyətlə çalışırdı.
Onun Əmr ibn Əbdəvid ilə bağlı macərası məşhurdur. Əmr yerə düşmüşdü, həzrət onun işini bitirmək istəyirdi. İslam qoşunları elə bir təhlükəli anda onun əl saxladığını (bəlkə də qalxıb bir qədər yeridiyini) heyrətlə seyr etdilər. Sonra qayıdıb Əmrin işini bitirdi. Baş verənlərin səbəbi ondan soruşulduqda, buyurdu: "O, anamı söydü və ağzının suyunu üzümə atdı. Mən qorxdum ki, sonuncu zərbəm nəfsimə görə olsun, odur ki, ondan əl çəkdim, qəzəbim sakitləşincə, onu qətlə yetirdim." (4)
Sahabələrindən bəziləri ona təklif etdilər ki, önəmli şəxsləri fərqləndirsin, müsəlmanların beytül-malından onları doyursun. Bu təklif Allaha şərik qoşmaq mənası ilə qatışıq idi. Həzrət buyurdu:
اَتَاْمُرُونّى اَنْ اطْلُبَ النَّصْرَ بِالْجَوْرِ فیمَنْ وُلَّیتُ عَلَیْهِ وَ اللهِ لا اَطُورُ بِهِ ما سَمَرَ سَمیر وَ ما اَمَّ نَجْم فِى السَّماءِ نَجْماً
“Təklif edirsiniz ki, hakimiyyətim altında olan şəxslərə haqsızlıq edim? And olsun Allaha, sağ olduqca, gecə-gündüz yerində durduqca və ulduzlar göylərdə bir-birinin arxasınca yanıb-söndükcə, belə bir işə əl atmayacam!” (5)
Namaz qılan zaman Allahın cəmal və cəlal sifətlərinə elə qərq olurdu ki, Ondan başqasını görmür və Ondan başqasını düşünmürdü. Məşhur hədislərin birində bildirilir ki, "Ühüd" döyüşündə onun mübarək ayağına ox batmışdı. Adi halda o oxu həzrətin ayağından çıxarmaq mümkün deyildi. Allahın Rəsulu (s) göstəriş verdi ki, namaz qılarkən onun ayağından oxu çıxarsınlar. (Bunu yerinə yetirdilər.) Namazdan sonra buyurdu: “Namaz halında ayağımdan oxun çıxarılmasından xəbərsiz olmuşam.” (6) Tövhid və Allahda qərq olmanın bu cür nişanələri həzrət Əlinin (ə) hayatında həddən artıqdır. (7)
Şərh qeydə alınmayıb