Qısa cavab:
Rəvayətə görə İbn Abbasla Əbuzər nəql edirlər ki, Peyğəmbər (s)-in Əliyə xitabən belə buyurduğunu eşitdik: “Sən ən böyük Siddiqsən, haqq ilə batil arasında fərq qoyan Faruqsan. ”
Ətraflı cavab:
Əhli-sünnət və şiələrin mötəbər sənədli mənbələrində mövcud olan çoxlu rəvayətlərdən aydın olur ki, bu iki ləqəb yalnız Əli ibn Əbutalibə məxsus olmuş və Peyğəmbər (s) bu ləqəbləri ona vermişdir.
Muhibuddin Təbəri yazır: “Həqiqətən Peyğəmbəri-əkrəm(s) onu, yəni Əlini Siddiq adlandırmışdır”. (1)
O da Xəcəndidən nəql edir ki, Əmirəl-möminin Əli (əleyhis-salam) “Ümmətin yəsubu” və “Siddiqi-əkbər” ləqəbi almışdır.” (2)
Burada bəzi rəvayətləri nəql edirik:
1 - İbn Abbas Peyğəmbər (s)-in belə buyurduğunu nəql edir:
اَلصِّدِّیقُونَ ثَلاَثَهٌ: حَزْقِیلُ مُوْمِنُ آلِ فِرْعَوْنَ، وَ حَبِیبٌ النَّجَّارُ صَاحِبُ آلِ یَاسِینَ، وَ عَلِىُّ بْنُ اَبِى طاَلِبٍ
“Siddiqlər üçdür: Ali-Fironun imanlı şəxsi olan Həzqil, Ali-Yasinin sahibi olan Həbib Nəccar və Əli ibn Əbutalib. ”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu nəql etmişdilər, o cümlədən:
-Əhməd ibn Hənbəl (3).
-Muhibbuddin Təbəri. (4)
-Gənci Şafei. (5)
-Muttəqi Hindi. (6)
-İbn Həcər Heysəmi. (7)
2 – Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
اِنَّ هَذَا اَوَّلُ مَنْ آمَنَ بِى، وَ هُوَ اَوَّلُ مَنْ یُصَافِحُنِى یَوْمَ الْقِیَامَهِ، وَ هُوَ الصَّدِّیقُ الْاَکْبَرُ، وَ هَذَا فَارُوقُ هَذِهِ الْاُمَّهِ، یَفْرُقُ بَیْنَ الْحَقِّ وَ الْبَاطِلُ، وَ هَذَا یَعْسُوبُ الْمُوْمِنِینَ
“Həqiqətən bu – Əli (əleyhis-səlam) – mənə iman gətirən ilk şəxsdir. O, qiyamətdə mənimlə görüşüb qol-boyun olan ilk şəxs olacaq. O, bu ümmətin Siddiqi-əkbəri və Faruqudur ki, haqq ilə batili bir-birindən ayıracaqdır. O, möminlərin əmiri və böyüyüdür. ”
Bu hədisi də əhli-sünnət alimlərindən bir çoxu nəql etmişlər, o cümlədən:
-Təbərani. (8)
-Gənci Şafei. (9)
-İbn Əsakir Dəməşqi. (10)
-Muttəqi Hindi. (11)
3 - İbn Abbasla Əbuzər nəql edirlər ki, Peyğəmbər (s)-in Əliyə xitabən belə buyurduğunu eşitdik:
اَنْتَ الصِّدِّیقُ الْاَکْبَرُ، وَ اَنْتَ الْفَارُوقُ الَّذِى یَفْرُقُ بَیْنَ الْحَقِّ وَ الْبَاطِلِ
“Sən ən böyük Siddiqsən, haqq ilə batil arasında fərq qoyan Faruqsan. ”
Bu hədisi də əhli-sünnət alimlərindən bir çoxu nəql etmişlər, o cümlədən:
-Muhibbuddin Təbəri. (12)
- Hakim Əhməd ibn İsmail Taliqani (13) Qürəşi (14)
-Şeyxul-islam Həmmui. (15)
-İbn Əbil-Hədid. (16)
-Qazi İyci. (17)
- Səfuri (18)
4 - Peyğəmbər (s) buyurmuşdur: “Məndən sonra fitnə baş verəcəkdir. O, fitnə baş verən zaman daim Əli ibn Əbutalibin tərəfində olun! Çünki, o, qiyamətdə məni görəcək ilk şəxsdir. O, ilk şəxsdir ki, mənimlə görüşüb qol-boyun olacaqdır. O, bu ümmətin Siddiqi-əkbəri və haqq ilə batili bir-birindən ayıracaq Faruqudur. O, möminlərin sərvəri və ağasıdır.”
Bu hədisi də əhli-sünnət alimlərindən bir çox nəql etmişlər, o cümlədən:
-İbn Əsakir Dəməşqi Şafei (19)
-Xarəzmi. (20)
-İbn Əsir. (21)
-İbn Əbdül-Birr (22)
-İbn Həcər. (23)
5 - İmam Rza (əleyhis-salam) ata-babalarından, onlar da Peyğəmbər (s)-dən belə nəql edirlər:
لِکُلِّ اُمَّهٍ صِدِّیقٌ وَ فَارُوقٌ، وَ صِدِّیقُ هَذِهِ الْاُمَّهِ وَ فَارُوقُهَا عَلِىُّ بْنُ اَبِى طَالِبٍ
“Hər ümmətin siddiqi və faruqu vardır. Bu ümmətin siddiqi və faruqu Əli ibn Əbutalibdir.”
6 - Əbu Rafi deyir: Əbuzərlə vidalaşmaq üçün Rəbəzəyə getmişdik. Qayıtmaq istəyəndə mənə və mənimlə birlikdə olanlara xitabən dedi: “Tezliklə bir fitnə baş verəcəkdir ki, Allahdan qorxmalı və diqqətli olmalısınız. Sizə tövsiyə edirəm ki, Əli ibn Əbutalibə tabe olasınız. Çünki Peyğəmbər (s)-in ona xitab edərək belə buyurduğunu eşidim:
وَ اَنْتَ الصِّدِّیقُ اْلاَکْبَرُ، وَ اَنْتَ الْفَارُوقُ الَّذِى تَفْرُقُ بَیْنَ الْحَقِّ وَ الْبَاطِلِ...
“Sən Siddiqi-əkbər və haqq ilə batili ayıran Faruqsan... ”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu nəql etmişlər, o cümlədən: İbn Əbil-Hədid (25), İbn Əsakir (26), İbn Şəcəri (27) və Kufi (28) (29)
Şərh qeydə alınmayıb