Qısa cavab:
Bir çox hədislərə görə "Əl-Haqqə" surəsinin 12-ci ayəsində “Eşidən qulaqlar” sözündə məqsəd Həzrət Əlidir (ə).
Ətraflı cavab:
"Əl-Haqqə" surəsinin 12-ci ayəsində oxuyuruq:
وَ تَعِیَها اُذُنٌ واعِیَه
“Eşidən qulaqlar onu özündə qoruyub saxalayar.”
“تَعِیَها” kəlməsi (وعى ) “vəy” (“səy” vəznində) sözündən götürülüb. Rağib “Mufrədat” və İbn Mənzur “Lisanul-ərəb” kitabında yazır: “Əslində “vəy” sözü “bir şeyi qəlbdə saxlamaq” mənasını daşıyır. Sonralar bir şeyin qabda saxlanmasına da “vəa” ( وعاء ) deyildi. Ona görə ki, qab da bir şeyi özündə saxlayır. Yuxarıdakı ayədə isə “qulaq” nəzərdə tutulub; həqiqətləri eşidən və özündə saxlayan qulaqlar.
Başqa sözlə desək, bəzən insan bir söz eşidir və dərhal o söz qulaqardına vurulur, adətən, ümimi dialektimizdə dediyimiz kimi: “Bir qulaqdan alır, digərindən çıxarır.” Lakin bəzən o söz haqqında düşünür, ona qəlbində yer verir və onu öz həyatının çırağı edir. Məhz ona ərəb dilində “vəy” deyilir.
Təfsir və hədis kitabları da daxil olmaqla, İslam maarifini əks etdirən bir çox kitablarda yazılıb: Yuxarıdakı ayə (eşidən qulaqlar onu özündə qoruyub saxalayar) nazil olanda İslamın sevilən peyğəmbəri (s) buyurdu: “Mən öz Rəbbimdən istədim ki, Əlinin (ə) qulağını bu eşidən və həqiqətə sahib çıxan qulaqlardan etsin.”
Bu hədisin ardınca həzrət Əlinin (ə) sözünə diqqət yetirin:
ما سَمِعْتُ مِنْ رَسُولِ اللّهِ(صلى الله علیه وآله) شَیْئاً قَطُّ فَنَسِیْتُهُ اِلاّ وَ حَفِظْتُهُ
“Mən Allahın elçisindən elə bir söz eşitmədim ki, onu unutmuş olam, (onun buyurduqlarını) həmişə yadımda saxladım.” (1)
“Ğayətul-məram” kitabında bu barədə şiə və əhli-sünnə mənbələrinə istinad olunmuş on altı hədis yazılıb. Mühəddis Bəhrani “Əl-Burhan” kitabında Məhəmməd ibn Abbasdan nəql edir: "Şiə və əhli-sünnədən bu barədə otuz hədis nəql olunub. Bunlar İslamın böyük rəhbəri həzrət Əli (ə) üçün böyük fəzilətdir. O, Peyğəmbərin (s) sirrini qoruyan və onun bütün elminin varisi idi. Məhz bu səbəbdən, İslam cəmiyyəti üçün elmi məsələ qarşıya çıxdıqda, tərəfdar və müxaliflərindən olmasına baxmayaraq, hamı həzrət Əliyə (ə) tərəf gəlir və onun həllini soruşurdular. Bu barədə məlumatlar təfsilatı ilə tarix kitablarında yazılıb."
Şərh qeydə alınmayıb