Qısa cavab:
İbn Məğazili Şafei Salmandan belə nəql edir: Həbibim Məhəmmədin (s) belə buyurduğunu eşitdim: “Adəmin yaranışından dörd min il qabaq mən və Əli Allah yanında vahid bir nur idik. O nur Allaha təsbih və təqdis deyirdi. Allah Adəmi yaradan zaman həmin nuru onun sülbündə qərar verdi. O nur daim bir yerdə idi. Nəhayət Əbdül-Müttəlibin sülbündə biz bir-birimizdən ayrıldıq. Nübüvvət mənə, xilafət isə Əliyə verildi.”
Ətraflı cavab:
“Nur” hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərini qeyd edirik:
1 - Sibt ibn Covzi, Əhməd ibn Hənbəlin “Fəzail” kitabından, o da Əbdur-Rəzzaqdan, o da Müəmmərdən, o da Zuhəridən, o da Xalid ibn Mə’dandan, o da Zazandan, o da Salmandan rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur:
کُنْتُ اَنَا وَ عَلِىُّ بْنُ اَبِى طاَلِبٍ نُوراً بَیْنَ یَدَىِ اللهِ تَعَالَى قَبْلَ اَنْ یُخْلَقَ آدَمُ بِاَرْبَعَهٍ آلَافِ عَامٍ، فَلَمَّا خُلِقَ آدَمُ قُسِّمَ ذَلِکَ النُّورُ جُزْئَیْنِ: فَجُزْءٌ اَنَا وَ جُزْءٌ عَلِىٌّ
“Mən və Əli ibn Əbuitalib Adəmin yaranışından dörd min il qabaq Allahın hüzurunda nur şəklində idik. Adəm xəlq edildikdən sonra bu nur iki yerə bölündü: onun biri mən, digəri isə Əlidir.” (1)
Digər rəvayətdə belə qeyd olunur:
خُلِقْتُ اَنَا وَ عَلِىٌّ مِنْ نُورٍ وَاحِدٍ
“Mən və Əli vahid bir nurdan xəlq edilmişik.” (2) Bu hədisin raviləri hamılıqla etibarlı şəxslərdir.
– Əbdur-Rəzzaq Sən’ani;
O, Əhli-sünnətin çox ehtiram göstərdiyi etibarlı bir adam sayılır, buna görə də əlavə izaha ehtiyac yoxdur.
– Müəmmər ibn Raşid Əbu Ürvə Əzdi;
O, Tirmizinin, Nisainin, İbn Macənin və Əbu Davudun hədis nəql etdikləri rical alimlərindən sayılır. Əhməd ibn Hənbəl demişdir: “Onun yanında hər kəsi qoysam (müqayisə etsəm), Müəmmər onların hamısından irəli olar.” (3)
– Zuhri;
İbn Həcər onun barəsində demişdir: “O, fəqih və hafizdir, alimlər onun məşhurluğu və mötəbər olmasına dair yekdil fikirdədir...” (4)
– Xalid ibn Mədan;
İbn Həbban onun barəsində yazır: “O, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələrindən yetmiş nəfərlə görüşmüşdür və Allah bəndələrinin ən yaxşılarındandır.” (5)
Zəhəbi yazır: “O, böyük fəqih, sabit və müxlis insandır.” (6)
Əcli, Yəqub ibn Şeybə, Məhəmməd ibn Səd, İbn Cərir və Nisai də onun mötəbər olduğunu demişlər. (7)
– Zazan;
O, tabeinlərin məşhur şəxsiyyətlərindən sayılır ki, Müslim, Əbu Davud, Tirmizi, Nisai və İbn Macə öz “Səhih” kitablarında ondan rəvayət nəql etmişlər. Zəhəbi onu “siqə” kimi təqdim etmişdir. (8)
2 - İbn Məğazili Şafei öz sənədləri ilə Salmandan belə nəql edir: Həbibim Məhəmmədin (səlləlahu əleyhi və alih) belə buyurduğunu eşitdim: “Adəmin yaranışından dörd min il qabaq mən və Əli Allah yanında (hüzurunda) vahid bir nur idik. O nur Allaha təsbih və təqdis deyirdi. Allah Adəmi yaradan zaman həmin nuru onun sülbündə qərar verdi. O nur daim bir yerdə idi. Nəhayət Əbdül-Müttəlibin sülbündə biz bir-birimizdən ayrıldıq. Nübüvvət mənə, xilafət isə Əliyə verildi.” (9) (10)
Şərh qeydə alınmayıb