Qısa cavab:
Hakim Nişapuri öz sənədləri ilə İbn Abbasdan Həzrət Əli (əleyhis-salam) haqqında – yalnız ona məxsus olan – on xüsusiyyət nəql etmişdir, onlardan biri də Əlinin qapısından başqa sair insanların məscidə açılan qapısının bağlanmasıdır.
Ətraflı cavab:
“Qapıların bağlanması” hədisini əhli-sünnət alimlərindən bir çoxu öz kitablarında qeyd etmişlər ki, onların bəziləri aşağıdakılardır:
1 - Əhməd ibn Hənbəl öz sənədləri ilə Zeyd ibn Ərqəmdən belə nəql edir: Bəzi səhabələrin evinin qapısı məscidə açılırdı. Peyğəmbər (s) buyurdu:
سُدُّوا هَذِهِ الْاَبْوَابَ اِلاَّ بَابَ عَلِىٍّ
“Əlinin qapısından başqa bütün qapıları bağlayın!”
Bəziləri bu barədə söz-söhbət edəndə həzrət buyurdu:
وَاللهِ مَا سَدَدْتُ شَیْئاً وَلاَ فَتَحْتُهُ، وَلَکِنْ اُمِرْتُ بِشَىْءٍ فَاتَّبَعْتُهُ
“Allaha and olsun! Mən öz tərəfimdən hər hansı qapını açıb–bağlamıram; mənə əmr olunanlara tabe oluram.” (1)
2 - Tirmizi öz sənədləri ilə İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) buyurdu:
سُدُّوا اَبْوَابَ الْمَسْجِدِ کُلَّهَا اِلاَّ بَابَ عَلِىٍّ
“Əlinin qapısından başqa məscidə açılan bütün qapıları bağlayın!” (2)
3 - O, habelə Peyğəmbərdən (s) belə nəql edir:
یَا عَلِىُّ! لَا یَحِلُّ لِاَحَدٍ اَنْ یَجْنبَ فِى هَذَا الْمَسْجِدِ غَیْرِى وَ غَیْرُکَ
“Ey Əli! Səndən və məndən başqa bu məsciddə cunub olmaq heç kəsə halal deyildir.”
4 - Beyhəqi öz sənədi ilə Ümmü Sələmədən nəql edir ki, Peyğəmbər (s) buyurdu:
لَا یَحِلُّ هَذَا الْمَسْجِدُ لِجُنُبٍ وَلاَ حَائِضٍ اِلاَّ لِرَسُولِ اللهِ وَ عَلِىٍّ وَ فَاطِمَهَ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ
“Bu məscid – “Məscidun-Nəbi” (s) – Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən başqa heç bir cunub və haiz şəxsə halal deyildir.”
5 - Hakim Nişapuri öz sənədləri ilə İbn Abbasdan Həzrət Əli (əleyhis-salam) haqqında – yalnız ona məxsus olan – on xüsusiyyət nəql etmişdir, o cümlədən: Əlinin qapısından başqa sair insanların evinin məscidə açılan qapısının bağlanması. (5) (6)
Şərh qeydə alınmayıb