Qısa cavab:
Bədruddin Eyni “Talaq” ayəsinin nəsxi ilə əlaqədar ehtimal edir ki, nəsxə səbəb olan qəti rəvayət onların əlinə çatmışdır ki, bizim əlimizə çatmamışdır.”
Maraqlıdır ki, bu nəsx xəbəri keçmişdəkilərdən heç birinin qulağına çatmamışdır. O da özündən əvvəl heç kəsin iddia etmədiyi bir şeyi iddia edərək Allahın kitabını oyuncağa çevirdi və onun kitabı, peyğəmbərin sünnəsi üçün heç bir qədir-hörmət qoymadı!
Ətraflı cavab:
Məşhur əhli-sünnə alimi Bədruddin Eyni “Umdətul-qari” kitabında (1) yazır: Quranda yazılan talaq (hökmü) nəsx olunmuşdur! Əgər “Ömərin (ayənin hökmünü) nəsx etməyə haqqı olmadığı təqdirdə bu hökm nəyin əsasında nəsx olunmuşdur?! Peyğəmbərdən sonra nəsx necə baş verə bilərdi?!” deyə soruşulsa, cavabında deyərik: Ömər bu məsələni (öz şəxsi nəzərini) səhabələrlə müzakirəyə qoyduqda onlar inkar etmədilər. Beləliklə də icma (fikir birliyi) hasil oldu. Şeyxlərimizdən bəzisinin nəzərinə uyğun olaraq bir ayənin icma vasitəsi ilə qüvvədən salınması (nəsx edilməsi) icazəlidir. Çünki deyirlər ki, icma qəti rəvayət kimidir və yəqin elmə səbəb olur. Deməli, ayə onun vasitəsi ilə nəsx oluna bilər.
Əgər “bu icma səhih deyildir, çünki onlar bu icmanı özlərindən quraşdırmışlar!” deyilsə, cavabında deyərik: Ehtimal edilir ki, nəsxə səbəb olan qəti rəvayət onların əlinə çatmışdır ki, bizim əlimizə çatmamışdır.”
Maraqlıdır ki, bu nəsx xəbəri keçmişdəkilərdən heç birinin qulağına çatmamışdır. Belə ki, zəmanə Eyninin vücuda gəlməsi üçün şərait yaratdı. O da özündən əvvəl heç kəsin iddia etmədiyi bir şeyi iddia edərək Allahın kitabını oyuncağa çevirdi və onun kitabı, peyğəmbərin sünnəsi üçün heç bir qədir-hörmət qoymadı!
Eynidən sual edirik: Əgər icma ayəni nəsx edib qüvvədən salırsa, onda nə üçün Əbu Hənifə, Malik, Ovzai, Leys hesab edir ki, bir məclisdə üç talağın verilməsi bidətdir?! Nə üçün Şafei, Əhməd, Əbusur yazır: “Bu haram deyil, amma yaxşı olar ki, bir məclisdə olmasın və ayrı-ayrı məclislərdə baş verməsi daha üstün nəzərdir?!” Nə üçün Sindi “Hədisin zahiri buna dəlalət edir ki, cəm etmək (üç talağı bir məclisdə icra etmək) haramdır” deyə yazır?!” (2)
“Bəlkə də icma bizim əlimizə çatmamış olan qəti bir rəvayətə istinad edir” ehtimalı bir xurafatdır. Belə ki, xəlifənin özünün və başqa səhabələrin aşkar rəvayətləri bu ehtimalı təkzib edir. Bundan əlavə, xəlifənin yanaşması (şəriət hökmü deyil) öz şəxsi fikridir!
Şeyx Saleh ibn Məhəmməd Əmri Fulaninin (1298-ci ildə vəfat edib) “Himəmu ulil-əbsar” (3) kitabındakı sözü necə də gözəldir! O yazır: “Qiyamətə qədər əshab, tabein və onların əməlisaleh ardıcılları arasında, eləcə də sair İslam alimləri arasında məşhur nəzər budur ki, hər vaxt müctəhid hakimin hökmü Allahın kitabı və Peyğəmbərin sünnəsinin aşkar bəyanı ilə müxalif olsa, o hökmü nəqz etmək (pozub qüvvədən salmaq) və icrasının qarşısını almaq vacib olur. Əqli ehtimallar, nəfsani xəyallar və şeytani təəssüblər əsasında Allahın və sünnənin aşkar bəyanı ilə müxalifət edərək “bəlkə həmin müctəhid bu aşkar bəyanı əldə etmiş, lakin onun üçün aydın olan bir dəlilə əsasən ona istinad etməmişdir”, yaxud “və ya başqa bir dəlildən agahlıq tapmışdır və sair” kimi sözlər demək olmaz. Bir qrup fəqihin dediyi və nadan təqlidçilərin də ona tabe olduğu belə sözləri kənara qoymaq lazımdır. (4)
Şərh qeydə alınmayıb