Qısa cavab:
İbn Həcər “Səvaiq” kitabında Səid ibn Müsəyyibin nəqlinə əsasən yazır: “Səhabələr arasında Əli ibn Əbu Talibdən başqa heç bir şəxs “məndən soruşun” ifadəsini işlətməmişdir.”
Ətraflı cavab:
Əhli-sünnəyə aid mənbələrdə İmam Əlidən (ə) bu məzmunda çoxlu rəvayətlər nəql olunmuşdur. Həzrət buyurur: “Məni itirməzdən qabaq məndən soruşun!” Misal üçün Hakim Nişaburi “Müstədrək” kitabında yazır: “Əli minbərdə uca səslə dedi:
سَلُونِی قَبْلَ اَنْ تَفْقِدُونِی لاَ تَسْاَلُونِی ، وَلَنْ تَسْاَلُوا بَعْدِی مِثْلِی
“Məni itirməzdən qabaq məndən soruşun; məndən sonra mənim kimi bir şəxsi tapmayacaqsınız ki, ondan soruşasınız.” (1)
İbn Kəsir öz təfsir kitabında iki müxtəlif sənədlərlə həzrətdən belə nəql edir:
لَا تَسْاَلُونِی عَنْ آیَهٍ فِی کِتَابِ اللهِ تَعَالَى وَلَا سُنَهٍ عَنْ رَسُولِ الله (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) اِلاَّ اَنْبَاْتُکُمْ بِذَلِکَ
“Quran ayəsindən və Peyğəmbər sünnəsindən elə bir şeyi soruşmazsınız ki, mən onun düzgün cavabını verməmiş olum.” (2)
Mühibuddin Təbəri “Ər-riyazun-nüzirət” kitabında yazır: Həzrət Əli buyurmuşdur:
سَلُونِی ، وَاللهِ لَا تَسْاَلُونِی عَنْ شَیْءٍ یَکُونُ اِلَى یَوْمِ الْقِیَامَهِ اِلاَّ اَخْبَرْتُکُمْ ، وَ سَلُونِی عَنْ کِتَابِ اللهِ ، فَوَاللهِ مَا مِنْ آیَهٍ اِلاَّ وَاَنَا اَعْلَمُ اَبِلَیْلٍ نَزَلَتْ اَمْ بِنَهَارٍ فِی سَهْلٍ اَمْ فِی جَبَلٍ
“ (Ey camaat!) Məndən soruşun! Allaha and olsun ki, qiyamət gününə qədər baş verəcək xəbərlərdən nəyi soruşsanız mən onun cavabını verə bilərəm. Allahın kitabından soruşun! Allaha and olsun, onda elə bir ayə yoxdur ki, mən onun gecə, yoxsa gündüz, çöldə, yaxud dağda nazil olduğunu bilməmiş olum.” (3)
Əbu Nəim İsfahani “Hilyətul-övliya” kitabında yazır ki, Əli (əleyhis-salam) buyurdu:
وَاللهِ مَا نَزَلَتْ آیَهٌ اِلاَّ وَقَدْ عَلِمْتُ فِیمَ اُنْزِلَتْ ، وَاَیْنَ اُنْزِلَتْ ، اِنَّ رَبِّی وَهَبَ لِی قَلْباً عَقُولاً وَلِسَاناً سَوُولاً
“Allaha and olsun! Elə bir ayə nazil olmamışdır ki, mən onun kimin barəsində və harada nazil edildiyini bilməmiş olum! Çünki Pərvərdigarım mənə çox böyük, geniş tutumlu qəlb və çox aşkar bəyan edən bir dil vermişdir.” (4)
Yaxud buyurur:
سَلُونِی قَبْلَ اَنْ تَفْقِدُونِی ، سَلُونِی عَنْ کِتَابِ اللهِ ، وَمَا مِنْ آیَهٍ اِلاَّ وَاَنَا اَعْلَمُ حَیْثُ اُنْزِلَتْ بِحَضِیضِ جَبَلٍ اَوْ سَهْلِ اَرْضٍ ، وَسَلُونِی عَنِ الْفِتَنِ فَمَا مِنْ فِتْنَهٍ اِلاَّ وَقَدْ عَلِمْتُ مَنْ کَسَبَهَا وَمَنْ یُقْتَلُ فِیهَا
“Məni itirməzdən qabaq məndən soruşun! Allahın kitabından soruşun! Agah olun, elə bir ayə yoxdur ki, onun nazil olma yerini bilməmiş olum; onun dağda, yaxud düzənlikdə, səhrada nazil olduğunu bilirəm; fitnələrdən, iğtişaşlardan soruşun! Elə bir fitnə yoxdur ki, mən onun kim tərəfindən icad olunduğunu və kimlərin bu fitnədə öldürüləcəyini bilməmiş olum.”
Bu rəvayəti hənbələrilərin imamı Əhməd nəql edərək yazır: “O Həzrətdən bu kimi sözlər çox nəql olunmuşdur.” (5) Həmçinin nəql olunur ki, Həzrət, Peyğəmbərin (s) zirehli paltarını geymiş, qılıncını bağlamış, onun əmmaməsini başına qoymuşdu. O, Kufə minbərində əyləşib və öz köynəyini qaldıraraq buyurdu:
سَلُونِی قَبْلَ اَنْ تَفْقِدُونِی ; فَاِنَّماَ بَیْنَ الْجَوَانِحِ مِنِّی عِلْمٌ جَمٌّ ، هَذَا سَفطُ الْعِلْمِ ، هَذَا لِعَابُ رَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) ،هَذَا مَا زَقَّنِی رَسُولُ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) زَقّـاً زَقّـاً ; فَوَاللهِ لَوْ ثُنِیتْ لِی وَسَادَهٌ فَجَلَسْتُ عَلَیْهَا لَاَفْتَیْتُ اَهْلَ التَّوْرَاهِ بِتَوْرَاتِهِمْ ، وَاَهْلَ اْلاِنْجِیلِ بِاِنْجِیلِهِمْ ، حَتَّى یُنْطِقَ اللهُ التَّوْرَاهَ وَالْاِنْجِیلَ فَیَقُولَانِ: صَدَقَ عَلِیٌّ قَدْ اَفْتَاکُمْ بِمَا اُنْزِلَ فِیَّ وَاَنْتُمْ تَتْلُونَ الْکِتَابَ اَفَلَا تَعْقِلُونَ
“Məni əldən verməzdən qabaq məndən soruşun! Çünki mənim sinəmdə çoxlu elmlər vardır. Bu (qəlbinə işarə edərək) elm ətrinin sandığıdır, bu, Allah Peyğəmbərin elminin şirəsidir, bu elə bir elmdir ki, Allahın Peyğəmbəri bir-bir onu mənim sinəmdə qərar vermişdir. Allaha and olsun! Əgər mənim üçün elm kürsüsü qoyulsa və mən ona söykənsəm, mütləq Tövrat əhlinin cavabını Tövrat əsasında, İncil əhlinin cavablarını İncil əsasında verərəm. Belə ki, Allah tövratı və incili danışdırsa, bu ikisi “Əli sizin cavabınızı məndə nazil olanlarla verdi!” deyər. Allahın kitabını oxuduğunuz halda dərindən düşünüb ağlınızı işə salmırsınızmı?!”
Bu hədisi Şeyxul-islam Həməvi “Fəraidus-simteyn” kitabında Əbu Səidin nəqlinə əsasən qeyd etmişdir. (6)
İbn Həcər “Səvaiq” kitabında Səid ibn Müsəyyibin nəqlinə əsasən yazır: “Səhabələr arasında Əli ibn Əbu Talibdən başqa heç bir şəxs “məndən soruşun” ifadəsini işlətməmişdir.” (7)
Bunu da qeyd edək ki, mövlamız Əli (əleyhis-salam)-dan qabaq onun qardaşı və əmisi oğlu Peyğəmbər (səlləllahu əleyhi və alih) dəfələrlə buyurardı: “İstədiyiniz şey barəsində məndən soruşun!” Yaxud buyurardı: “Soruşun, soruşun!” Və ya deyərdi: “Məndən soruşun; sizin soruşduğunuz hər bir şeyin cavabını mən bilirəm.” (7) (8)
Tarixdə bu iki böyük şəxsiyyətdən başqa elə bir adam tanımırıq ki, ən çətin və ən mürəkkəb suallar qarşında heç nədə çəkinməsin, elmi yığıncaqlarda uca səslə və şücaətlə desin: “Səluni – istədiyinizi məndən soruşun” və bütün suallara doğru cavab versin.
Bu iki böyük insandan başqa heç kəs bu sözü dilinə gətirməmişdir; hər kəs dilinə gətiribsə, rüsvay olmuş, öz əli ilə üzündən cəhalət pərdəsini qaldırmışdır. (9)
Şərh qeydə alınmayıb