Qısa cavab:
Nafe, Abdullah ibn Ömərdən “Mütənin hökmü nədir?” − deyə soruşdu, o, cavab verdi: “Haramdır! Bilin ki, Ömər ibn Xəttab bir şəxsi bu iş üstündə tutsaydı, daşqalaq edərdi!”
Ətraflı cavab:
Cabir ibn Abdullahdan belə nəql olunur: “Biz Peyğəmbərin və Əbubəkrin dövründə, eləcə də Ömərin xilafətinin əvvəllərində bir qədər xurma və un ilə bir neçə günlüyə qadını siğə edirdik. Nəhayət, Əmr ibn Harisin hadisəsindən sonra Ömər onu haram etdi.” (1)
Həmçinin Həkəm nəql edir ki, Əli (əleyhis-salam) buyurdu:
لَوْلاَ اَنَّ عُمَرَ (رضی الله عنه) نَهَى عَنِ الْمُتْعَهِ مَا زَنَى اِلاَّ شَقِیٌّ
“Əgər Ömər müvəqqəti evlənməni haram etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.” (2)
İbn Cərih, Ətadan nəql edir ki, İbn Abbasdan belə dediyini eşitdim:
رَحِمَ اللهُ عُمَرَ مَا کَانَتِ الْمُتْعَهُ اِلاَّ رَحْمَهً مِنَ اللهِ تَعَالَى رَحِمَ بِهَا اُمَّهَ مُحَمَّدٍ ، وَلَوْلَا نَهَاهُ لَمَا احْتَاجَ اِلَى الزِّنَا اِلاَّ شَقِیٌّ
“Allah Ömərə rəhmət etsin! Müvəqqəti evlənmək Allah tərəfindən Məhəmməd ümməti üçün rəhmətdən başqa bir şey deyildi. Əgər Ömər onu qadağan etməsəydi, az saylı bədbəxt adamlardan başqa heç kəs zina etməzdi.” (3)
Həmçinin Ömər deyərdi:
وَاللهِ لاَ اُوْتَی بِرَجُلٍ اَبَاحَ الْمُتْعَهَ اِلاَّ رَجَمْتُهُ
“Allaha and olsun! Mütəni – müvəqqəti izdivacı halal hesab edən bir şəxsi görsəm, mütləq onu daşqalaq edəcəyəm!” (4)
Nafe, Abdullah ibn Ömərdən “Mütənin hökmü nədir?” − deyə soruşdu, o, cavab verdi: “Haramdır! Bilin ki, Ömər ibn Xəttab bir şəxsi bu iş üstündə tutsaydı, daşqalaq edərdi!” (5) (6)
Şərh qeydə alınmayıb