Qısa cavab:
Mərhum Əllamə Əmini “Əl-qədir” kitabında müvəqqəti izdivacı halal bilən səhabə və tabeindən 20 nəfərinin adını çəkir. Biz burada Cabir ibn Abdullah, Abdullah ibn Məsud, Abdullah ibn Ömər kimi səhabələrin adını qeyd edirik.
Ətraflı cavab:
Mərhum Əllamə Əmini “Əl-qədir” kitabında (1) müvəqqəti izdivacı halal bilən səhabə və tabeindən 20 nəfərinin adını çəkir. Onlardan bəzilərinin adını aşağıda qeyd edirik:
1. Cabir ibn Abdullah (2)
2. Abdullah ibn Məsud.
Alusi öz təfsirində (3) İbn Məsudun “fəməstəmtə’tum bihi minhunnə ila əcəl” ayəsi ilə bağlı qiraət hədisini xatırlatmış, İbn Həzm “Əl-mühəlla” kitabında (4), Zərqani “Şərhul- müvəttə” kitabında (5) İbn Məsudu mütəni halal hesab edənlərdən saymışlar. Hədis hafizləri də onun dilindən belə bir hadisəni nəql etmişlər: “Biz Peyğəmbərlə birlikdə müharibədə iştirak edirdik. Qadınlarımız yanımızda olmadığından Peyğəmbərə dedik: “İcazə verirsinizmi özümüzü xacə edək (axtalayaq)?” Həzrət bizi bu işdən çəkindirdi, lakin icazə verdi ki, hətta bir dəst paltar ilə (mehr qərar verməklə) izdivac (müvəqqəti) edək. Sonra bu ayəni tilavət etdi: “ (Ey iman gətirənlər!) Allahın halal buyurduqlarını (özünüzə) haram etməyin!”. (6)
Cəssas bu rəvayəti xatırlatdıqdan sonra yazır: “(Ey iman gətirənlər!) Allahın halal buyurduqlarını (özünüzə) haram etməyin!”(7) – ayəsi o ayələrdəndir ki, Allahın Peyğəmbəri müvəqqəti izdivacın mübah (icazəli) bir iş olduğunu elan edərkən tilavət edirdi.
3. Abdullah ibn Ömər (8) (9)
Şərh qeydə alınmayıb